Botsvana | |||||
---|---|---|---|---|---|
Republic of Botswana' Lefatshe la Botswana | |||||
| |||||
Pula (azərb. Yağış Yağsın) | |||||
Himn: Fatshe leno la rona |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Qaborone | ||||
İdarəetmə forması | Prezident Respublikası | ||||
Prezident | Mokvetsi Masisi | ||||
• Su sahəsi (%) | 2,6 | ||||
Əhalisi | |||||
• Əhali | 2 120 min nəfər (148-ci) | ||||
• Siyahıyaalma (9.VIII.2011) | 2 038 228 nəf. | ||||
• Sıxlıq | 3,6 nəf./km² (229-cu) | ||||
• Ümumi | 18.737.066.307 $[2], 20.352.322.157 $[2] | ||||
Valyuta | Botsvana pulası | ||||
İnternet domeni | .bw | ||||
ISO kodu | BW | ||||
BOK kodu | BOT | ||||
Telefon kodu | +267 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Botsvana Respublikası (ing. Republic of Botswana, tsv. Lefatshe la Botswana) — Afrikada dövlət. Ölkə cənub və cənub-şərq hissəsində Cənubi Afrika Respublikası , şimal və qərbində Namibiya, şimal-şərq hissəsində isə Zambiya və Zimbabve ilə sərhəddir. Ölkənin şimal hissəsində, Kasane şəhəri yaxınlığında dünyanın dörd ölkə sərhədinin kəsişdiyi tək nöqtə olaraq qəbul edilən, ancaq Botsvana, Zambiya, Zimbabve və Namibiya ölkələrinin sərhəd müqavilələri ilə sərhədlərinin müəyyənləşdilirmədiyi bir sərhəd nöqtəsi mövcuddur. Bostvana Afrika qitəsində demokratiya sahəsində ən inkişaf etmiş ölkə olaraq qəbul edilir. Coğrafi cəhətdən ölkə ərazisinin 70%-i Kalaxari səhrası ilə əhatə olunub. Ölkənin paytaxtı və ən böyük şəhəri Qaboronedir.
Orta ölçülü 2.3 milyon nəfərdən çox əhalisi olan Botsvana, dünyanın ən seyrək məskunlaşılan ölkələrdən biridir. Əhalinin təxminən 10 %-i paytaxtda və ən böyük şəhər Qaboronedə yaşayır. 1960-cı illərin sonlarında adambaşına illik ÜDM təxminən 70 ABŞ dolları olan və dünyanın ən kasıb ölkələrindən biri olan Botsvana, sonralar inkişaf etmiş və dünyanın ən sürətli böyüyən iqtisadiyyatlarından biri olan orta gəlirli ölkəyə çevrildi. İqtisadiyyat mədənçıxarma, maldarlıq və turizm sahələrində üstünlük təşkil edir. Botsvana, 2015-ci il hesabatına görə adambaşına düşən illik ÜDM təqribən 18 825 dollardır.
Botsvana Afrika İttifaqının, Cənubi Afrika İnkişaf Birliyinin, Millətlər Birliyinin və BMT-nin üzvüdür. Ölkə QİÇS epidemiyasından ən çox əziyyət çəkən ölkələrdən biri olmuşdur. Yoluxmuş insanların müalicəsi və epidemiyanın yayılmasının qarşısını necə almaq barədə məlumatlandırma proqramlarında uğur qazanmasına baxmayaraq, QİÇS xəstələrinin sayı 2005-ci ildə 290.000 nəfər olmuşdur. 2013-cü ildə isə bu göstərici 320.000 nəfərə yüksəldi.