Corc Bayron | |
---|---|
ing. George Gordon Byron | |
Doğum adı | George Gordon Byron |
Doğum tarixi | 22 yanvar 1788[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel 1824[3][4] (36 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sepsis |
Dəfn yeri |
|
Həyat yoldaşları |
|
Uşaqları | |
Təhsili |
|
Fəaliyyəti | şair, söz yazıçısı[d], siyasətçi, dramaturq, avtobioqraf[d], tərcüməçi, hərbi qulluqçu, gündəlik yazıçısı[d], yazıçı, librettoçu, əsilzadə |
Əsərlərinin dili | ingilis dili |
İstiqamət | romantizm |
Üzvlüyü |
|
Corc Qordon Bayron 22 yanvar 1788[1][2][…], Vestminster borosu, Böyük London[1][3][…] – 19 aprel 1824[3][4], Mesolonqion[7][8][…]) — ingilis romantik şairi. İki əsr bundan öncə olduğu kimi bu gün də ingilis şairi Corc Qordon Bayronun yaradıcılığı, əsərlərinin dili və poetikası, ədəbiyyatda bayronizm ictimai əhvali-ruhiyyəsi dünya ədəbiyyatşünaslığının və dilçiliyinin diqqət mərkəzində qalır. Bayronun əsərləri mütaliə edilir, öyrənilir, tədqiqata və təhlilə cəlb olunur. Müvafiq tendensiya Azərbaycan ədəbiyyatşünaslığı və dilçiliyi üçün də yad deyildir. Lakin XXI əsrdə Bayron yaradıcılığını tədqiq etmək həmin işi 50 il bundan öncə həyata keçirməkdən konseptual şəkildə olmasa da, forma etibarilə xeyli fərqlənir. Mütərəqqi romantizmin görkəmli nümayəndələrindən hesab olunan Bayronun yaradıcılığı dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmişdir. Əbəs yerə deyil ki, dünya ədəbiyyatında məhz Bayron "Sevimli şair" ləqəbi ilə tanınır. Dünyagörüşündəki ziddiyyətlər-fərdiyyətçilik, ümidsizlik, ekzotikaya aludəçiliklə yanaşı, üsyankar ruh, azadpərvərlik, məzlum xalqlara rəğbət Bayron yaradıcılığının əsas xüsusiyyətləridir. Onun qəhrəmanları əsasən təkbaşına vuruşur, mübarizə aparır, həyatın ən çətin sınaqlarından çıxış yolunu şəxsi azadlığında görür.