Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Deportasiya

Deportasiya (lat. deportatioqovulma, sürgün) — hansısa şəxsin və ya hansısa kateqoriyaya aid edilən şəxslər qrupunun məcburən, kanvoy altında digər dövlətə və başqa

yaşayış yerinə sürgün edilməsi.[1] Deportasiya həm də müvafiq icazə olmadan dövlətin ərazisində olan xarici vətəndaşlara və "arzu olunmayan şəxslərə" münasibətdə tətbiq olunur. Mülki əhalinin de portasiyası işğalçı hakimiyyət orqanları tərəfindən dinc sakinlərin tutduqları ərazidən normal yaşayış üçün az əl verişli olan başqa rayona məcburi olaraq köçürülməsində, didərgin salınmasında ifadə olunur. Deportasiya həm müharibə şəraitində (əgər deportasiya düşmən dövlət tərəfin dən həyata keçirilirsə-müharibə cinayətləri kimi, həm də dinc şəraitdə baş verə bilər. Hər ikisinin qadağan olunma sına və imperativ norma kimi dövlətlərə şamil olunmasına baxmayaraq deportasiyalar yenə də baş verir. Deportasiyanın ictimai təhlükəliliyi əhalinin uzunmüddət olduğu qanuni yaşayış yerlərindən zorla çıxarılması ilə müşayiət olunan və insanların kütləvi şəkildə ev-eşiyindən, doğma torpağından, ölkəsindən qovulması ilə nəticələnən hərəkətlərlə xarakterizə olunur. Deportasiya məsələsində əsasən iki ifadəyə – "əhalinin qanuni yerləşdiyi yerlərdən başqa yerlərə qovma" və "digər məcburi hərəkətlələ didərgin salma" ifadələrinə diqqət yetirmək lazımdır.

  1. "Большой юридический словарь". 2008-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-23.

Previous Page Next Page






إبعاد Arabic Дэпартацыя BE Дэпартацыя BE-X-OLD Deportacija BS Deportació Catalan Deportace Czech Deportation Danish Deportation German Απέλαση Greek Deportation English

Responsive image

Responsive image