Estoniya | |||||
---|---|---|---|---|---|
Estoniya Respublikası | |||||
| |||||
Epic Estonia, Stonia Epig | |||||
Himn: |
|||||
Tarixi | |||||
• Müstəqilliyin elanı | 24 fevral 1918 | ||||
• Müstəqilliyin tanınması | 2 fevral 1920 | ||||
• Sovet və alman işğalları | 1940–1991 | ||||
• Müstəqilliyin bərpası | 20 avqust 1991 | ||||
• Aİ-yə qoşulması | 1 may 2004 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt |
Tallin 59°25′ şm. e. 24°45′ ş. u.HGYO |
||||
İdarəetmə forması | Unitar parlamentli respublikası | ||||
Prezident | Alar Karis | ||||
Baş nazir | Kristen Michal | ||||
Sahəsi | Dünyada 129-cu | ||||
• Ümumi |
45.339 km2 |
||||
• Su sahəsi (%) | 5,16 (2015) | ||||
Əhalisi | |||||
• Əhali | ▼ 1.331.796 nəfər | ||||
• Siyahıyaalma (2021) | 1.331.824 nəf. | ||||
• Sıxlıq | 30,6 nəf./km² (148-ci) | ||||
• Ümumi | 38.100.812.959 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | $59,557 milyard dollar (114-cü) | ||||
• Adambaşına | $44.778 dollar (39-cu) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2022) | $37,202 milyard dollar (97-ci) | ||||
• Adambaşına | $27,971 dollar (42-ci) | ||||
İİİ (2021) | 0,890 | ||||
Demonim | Eston | ||||
Valyuta | avro | ||||
İnternet domeni | .ee | ||||
ISO kodu | EE | ||||
BOK kodu | EST | ||||
Telefon kodu | +372 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Estoniya (rəsmi adı Estoniya Respublikası) — Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Estlandiya (ائستلاندییا) adlandırılmışdır.[4]
Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür. Estoniya 29 mart 2004-cü il tarixindən NATO, 1 may 2004-cü il tarixindən isə Avropa İttifaqının üzvüdür. Keçmiş SSRİ respublikaları arasında Estoniya ən yüksək adambaşına düşən Ümumi Daxili Məhsula malik ölkədir, BMT Estoniyanı artıq bir neçə il əvvəldən yüksək səviyyəli İnsan inkişafı indeksinə malik olduğuna görə İnkişaf etmiş ölkələr qrupuna daxil edib.