Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Fonetika

Fonetika (yun. φωνή, phōnē, "səs") — dilçilik elminin danışıq səsləri barədə bəhs edən bölməsi olub, insanların səsləri necə yaratdıqlarını və anladıqlarını öyrənir. Danışarkən tələffüz olunan səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Danışıq üzvləri bunlardır: ağciyərlər, nəfəs borusu, qırtlaq, səs telləri, ağız boşluğu, dil, dişlər, dodaqlar və burun boşluğu. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səsləri tələffüz olunur və eşidilir. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]

Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: sait səslər, samit səslər

Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.

Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.

  • Saitlərin bölgüsü

Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var.

  • Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:
  1. Qalın saitlər: [a], [ı], [o], [u]
  2. İncə saitlər: [e], [i], [ə], [ö], [ü]
  • Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:
  1. Qapalı saitlər: [ı], [i], [u], [ü]
  2. Açıq saitlər: [a], [e], [ə], [o], [ö]

Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çi, -çu, çü,-lıq,-lik,-luq, -lük və .s) yadda saxlamaq lazımdır. Belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir).

  • Dodaqların vəziyyətinə görə:
  1. Dodaqlanan saitlər [o], [ö], [u], [ü]
  2. Dodaqlanmayan saitlər: [a], [e], [ə], [ı], [i].

Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir.[1]

  1. "Azərbaycan dili". 2020-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-11.

Previous Page Next Page






Fonetiek AF Phonetik ALS Fonetica AN صوتيات (لسانيات) Arabic ধ্বনিবিজ্ঞান AS Fonética AST Фонетика BA Фанетыка BE Фанэтыка BE-X-OLD Фонетика Bulgarian

Responsive image

Responsive image