Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Haiti

Haiti
Repiblik Ayiti
République d'Haïti
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
L'Union Fait La Force
Azadlıq, bərabərlik, qardaşlıq
Himn: The Dessalines Song
Rəsmi dilləri
Paytaxt Port-o-Prens -2 440 min (2015-ci il)
İdarəetmə forması Respublika
Prezident Edgard Leblanc Fils
Baş nazir Fritz Belizaire
Sahəsi Dünyada 143-cü
 • Ümumi 27750 km²
 • Su sahəsi (%) 0,7
Əhalisi
 • Əhali 10,1 milyon nəfər (88-ci)
 • Siyahıyaalma (7.VIII.2003) 7 929 048 nəf.
 • Sıxlıq 363 nəf./km²
 • Ümumi 20.877.414.952 $[1], 20.253.551.885 $[1]
ÜDM (AQP)
 • Ümumi 18,31 milyard dollar  (145-ci)
 • Adambaşına 1 800 dollar
İnternet domeni .ht
ISO kodu HT
BOK kodu HAI
Telefon kodu +509
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Haiti

Haiti Respublikası (fr. République d'HaïtiHaiti kreol : Repiblik Ayiti) — Karib dənizində Haiti adasının qərbində yerləşən ada ölkəsidir. Ölkənin yeganə quru sərhədinə malik qonşusu Haitinin şərqində yerləşən Dominikan Respublikasıdır.[1] Haiti Respublikası qərbdə KubaYamaykayla, şimalda isə Baham Adaları ilə su sərhədlərinə malikdir.[2] Vest-Hind regionunda 11.4 milyon əhali sayıyla birinci yerdə qərarlaşır. 27750 km2  ərazisiylə regionda ən böyük 3-cü ölkədir. Ölkənin paytaxtı Port-o-Prensdir və ölkənin şərq sahilində-Qonav körfəzində yerləşir.[3]

1492-ci ildə Xristofor Kolumbun bölgəyə gəlişindən öncə adada Taino xalqı yaşayırdı.[3] X.Kolumbun gəlişiylə birlikdə bölgə 1697-ci ilə qədər ispan koloniyası olmuşdur. İndiki Haiti dövlətinin ərazisi olan bölgə İspaniya tərəfindən Fransaya verilir. Beləliklə adanın qərbi Santo Dominqo adlandırılır və fransız koloniyasına çevrilir. Kolonial rejimdən sonra 1804-ci ildə müstəqilliyini əldə edərək bölgədə ilk müstəqil dövlətlərdən biri olur.[4]

İlk müstəqil olduğu vaxtlardan günümüzə qədər ölkədə hər zaman siyasi qeyri-stabillik müşahidə edilmişdir. 2004-cü ildə baş verən hərbi çevriliş və 2010-cü ildəki Haiti zəlzələsi ölkənin iqtisadi və siyasi vəziyyətini daha da pisləşdirmiş, ölkənin stabilliyini dərindən sarsmışdır.[4] Haiti Respublikası BMT-nin və Karib Ölkələri Birliyinin qurucularından biridir.[5] Həmçinin ölkə BVFÜTT-nin də üzvüdür. Tarixi olaraq kasıb və qeyri-stabil olan Haiti Amerika qitəsində ən aşağı İnsan İnkişaf İndeksinə sahib olan ölkədir.[6]

  1. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  2. http://chartsbin.com/view/edr.
  3. "History". Taino Museum (ingilis). 2024-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-20.
  4. "History of Haiti | Revolution, Independence, Flag, & Map | Britannica". www.britannica.com (ingilis). İstifadə tarixi: 2024-09-20.

Previous Page Next Page






Ҳаити AB Haïti AF Haiti ALS ሃይቲ AM Haiti AMI Haití AN Haitieg ANG हैती ANP هايتي Arabic هايتي ARY

Responsive image

Responsive image