Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Kabuki

Kabuki rəqsi

Kabuki (yap. 歌舞伎) — ənənəvi Yaponiya teatr sənəti. Mahnı ifa etməyin, musiqinin, rəqsin və dramın sintezini özündə əks etdirir. Kabuki sənət ustaları ağır qrimdən və yüksək rəmzli geyimlərdən istifadə edirlər.

“Kabuki” sözü yapon dilində üç heroqlifdən ibarətdir — 歌舞伎. Burada 歌舞 (kabu) simvolları “mahnı və rəqs”, 伎 (ki) işarəsi isə “ustalıq” mənasını daşıyır.

Kabuki janrı XVII əsrdə Edo dövründə xalq mahnıları və rəqslərinin əsasında yaranıb. Bu janrın yaranması Okuni adlı İdzumi Taysya məbədinin qulluqçusu ilə əlaqəlidir. Belə ki, Okuni 1603-cü ildə Kioto çayının qurumuş qolunda və şəhərin küçələrində ayini rəqslər ifa etməyə başlayır.

Müasir Yaponiyada kabuki ən məşhur teatr sənəti kimi tanınır. 2008-ci ildə isə kabuki YUNESKO-nun mənəvi irsi siyahısına daxil edilir.


Previous Page Next Page






كابوكي Arabic Kabuki AST Кабуки BA Kabuki BCL Кабукі BE Кабукі BE-X-OLD Кабуки Bulgarian কাবুকি Bengali/Bangla Kabuki BS Kabuki Catalan

Responsive image

Responsive image