Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Klaviatura

Multimedia üçün nəzərdə tutulmuş kompüter klaviaturası.

Klaviatura (ingiliscə: Keyboard) — informasiyanın kompüterə daxil edilməsi və kompüterin işinin idarə edilməsi üçün nəzərdə tutulmuş qurğu. Kompüter sisteminin əsas qurğularından biri. Klaviatura, yazı makinasında olduğu kimi, yalnız giriş qurğusudur, çünki informasiya axını ondan bir istiqamətə – klaviaturadan kompüterə doğru hərəkət edir. Mikrokompüterlərdən qabaq yaranmış minikompüterlər və meynfreymlərdən başlanaraq klaviatura və displeyin kombinasiyasına kompüterin konsolu (CONSOLE) deyilib. CON adı (işarəsi) MS-DOS əməliyyat sisteminin sintaksisində mövcuddur, məsələn, bu qurğulardan hər hansı birinə və ya hər ikisinə müraciət etmək üçün istifadə edilir. Kompüter klaviaturalarının hamısında çap simvollarının standart yığını olur və onlar şərti olaraq QWERTY (klavişlərin yuxarı sətrində soldakı hərflərə görə) adlandırılan ardıcıllıqla yerləşir (yazı makinalarının əksəriyyətində olduğu kimi). Klaviaturaların əksəriyyətində kalkulyatora bənzər yardımçı rəqəm klaviaturası da olur. Klaviaturaların hamısında bir sıra xüsusi klavişlər CTRL, ALT və SHIFT, Apple Macintosh klaviaturalarında isə Command, Option klavişləri olur; bu xüsusi klavişlərdən başqa klavişlərin mənasını dəyişmək üçün istifadə edilir. 1995-ci ildə, Windows əməliyyat sisteminin yaradılması ilə əlaqədar olaraq 101 düyməli qurğu 104/105 düyməli qurğu ilə əvəz olunmuşdur.
Sistem bloka qoşulma metodlarına görə klaviaturalar simli və simsiz klaviaturalara ayrılırlar. Simsiz klaviaturada informasiya ötürülməsi infraqırmızı şüalarla həyata keçirilir. Belə klaviaturaların adətən fəaliyyət radiusu bir neçə metrdən ibarət olur. Siqnalın mənbəyi isə klaviatura olur.
Klaviatura – [lat. clavius] açar deməkdir.

Klaviatura:

  1. kompüterlərdə verilənlərin daxil və redaktə edilməsi, eləcə də ayrı-ayrı əməliyyatların icrasının idarə olunması üçün müəyyən nizamla düzülmüş klavişləri olan quruluş;
  2. hər hansı bir mexanizmdə (yazı makinası, hesablayıcı maşın və s.) klavişlərin məcmusu;
  3. klavişlərin tam sırası.

Previous Page Next Page