Kuba | |||||
---|---|---|---|---|---|
República de Cuba (İspan) | |||||
| |||||
"¡Patria o Muerte, Venceremos!" (İspan)[1] Vətən və ya ölüm, qalib gələcəyik! |
|||||
Himn: La Bayamesa (ing. "The Bayamo Song")[2] |
|||||
Tarixi | |||||
• Müstəqilliyin elan edilməsi | 10 oktyabr 1868 | ||||
• Müstəqillik müharibəsi | 24 fevral 1895 | ||||
• Tanınması (İspaniyadan ABŞ-yə təhvil verildi) | 10 dekabr 1898 | ||||
• Respublika elan olundu (ABŞ-dən müstəqillik) | 20 may 1902 | ||||
• Kuba inqilabı | 26 iyul 1953 – 1 yanvar 1959 | ||||
• Mövcud konstitusiya | 10 aprel 2019 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Havana | ||||
İdarəetmə forması | Unitar Marksist–Leninist təkpartiyalı sosialist respublika[3] | ||||
Komunist Partiyasının birinci katibi | Migel Dias-Kanel | ||||
Prezident | Migel Dias-Kanel | ||||
Vitse-prezident | Salvador Valdes Mesa | ||||
Komunist Partiyasının ikinci katibi | Xose Ramon Maçado Ventura | ||||
Milli Assambleyanın prezidenti | Esteban Laso | ||||
Sahəsi | Dünyada 104-cü | ||||
• Ümumi | 109,884 km² | ||||
• Su sahəsi (%) | 0.94 | ||||
• Əhali |
|
||||
• Siyahıyaalma (2018) | ▼ 11,209,628[4] nəf. | ||||
• Sıxlıq | 102.1 nəf./km² (114-cü) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | US$ 254.865 milyard[5] dollar | ||||
• Adambaşına | US$ 22,237[5][6] dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2017) | US$ 96.851 billion[7] dollar (63-cü) | ||||
• Adambaşına | US$ 8,433[8] dollar (76-cı) | ||||
İİİ (2018) | 0.778 (artış; 72-ci) | ||||
Demonim | Kubalı | ||||
İnternet domeni | .cu | ||||
ISO kodu | CU | ||||
BOK kodu | CUB | ||||
Telefon kodu | +53 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][11] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Şərq bloku |
---|
Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba şimali Karib dənizi, Meksika körfəzi və Atlas okeanının kəsişdiyi yerdə yerləşir. Ölkə Yuxatan yarımadasının (Meksika) şərqində, ABŞ-nin Florida ştatının və Baham adalarının cənubunda, Hispaniolanın (Haiti/Dominik Respublikası) qərbində və Yamayka, eləcə də Kayman adalarının şimalında yerləşir. Havana ən böyük şəhəri və paytaxtıdır. Kuba təqribən 11 milyon əhalisi ilə Haiti və Dominik Respublikasından sonra Karib hövzəsində əhalisinə görə 3-cü sırada yer alır.
28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi.
Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir. Ada, ətrafındakı sular tərəfindən ilıqlaşdırılmış bir tropik iqlimə sahibdir. Eyni zamanda Karib Dənizinin isti suları və adanın Meksika körfəzinə paralel yerləşməsi adanı qasırğalar üçün açıq hədəf vəziyyətinə gətirib. 1232,5 kilometr uzunluğundakı Kuba adası planetimizin ən böyük 13-cü adasıdır.