Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.
Kvestor
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Kvestor (lat.quaestor < quaerere — hərfi "soruşmaq", "araşdırmaq") — Qədim Romada magistrat ordinarlarından biri. İlk olaraq heçbir xüsusi xüsusi səlahiyyətə malik olmayan konsulun ümumi köməkçisi kimi, fəaliyyət göstərən kvestor vəzifəsi, sonralar komisiya tribununa seçilməyə başladıqdan sonra iki sahə: cinayət mühakiməsi hüququ və dövlət xəzinəsi və dəftərxanası idarəçiliyi üzrə ixtisaslaşaraq səlahiyyətləri artmağa başlamışdır. Lakin cinayət mühakiməsi hüququna rəhbərlik konsulun səlahiyyətlərinə daxil olduğu üçün kvestor ibtidai müayinə və sorğunu aparırdı (lat.quaestores parricidii). Roma Respublikası dövrünün ortalarında cinayət mühakiməsi hüququna rəhbərlik xalq yığıncağının əlində olduğu üçün kvestor səlahiyyəti bu imkanlardan məhrum olmuş olur, ancaq xəzinə və dəftərxana idarəçiliyi ilə məhdudlaşır. Onların vəzifəsi xəzinədarlıq (lat.pecuniam publicam custodire), gəlir-çıxar dəftərinin aparılmasından (lat.rationes referre) ibarət olur. Sonralar dövlət arxivlərinin mühafizəçisi olduqlarına görə magistrların qanuna sədaqət andları kvestorların önündə içilirdi.
İlkin olaraq iki kvestor olduğu halda e.ə. 421-ci ildən onların sayı dördə, e. ə. 82-ci ildən iyirmiyə, Yuli Sezarın zamanında bürokratik üssulların inkişaf etməsilə əlaqədar qırxa çatmşdır.