Latviya (latış. Latvija), köhnə mənbələrdə Letoniya[4] (liv. Leţmō) və ya Liflyandiya,[5] rəsmi adı ilə Latviya Respublikası (latış. Latvijas Republika, liv. Leţmō Vabāmō) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 km².-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir. Pul vahidi — avro. Latviyanın dövlət müstəqilliyi 18 noyabr 1918-ci ildə elan edilmişdir. 1940–1991-ci illərdə SSRİ-nin tərkibində olmuşdur. Azərbaycan Latviyanın müstəqilliyini 30 avqust 1991-ci ildə tanımışdır. Latviya Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Latviyada səfirliyi 2005-ci ildə açılmışdır.
- ↑ 4, preamble // Constitution of Latvia (латыш.).
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndəliyinin başçısı Ə. M. Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 06–10.11.19197/ARDA, f.970, s.1, i.146, v.19
- ↑ [1] Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine Azərbaycan ədəbiyyatı (F. Köçərli, I cild)/Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüs. (2016, avqust 22). Vikimənbə, "Bütün Qafqaz sərhəddini, Don nəhrinin səvahilini, Malorossiya, Velikorusiya, Liflyandiya, Litfa, Lehistan ölkələrini səyahət etdim. Buralarda həm dövlət başında məqam və mənsəb sahibi olan kəslər ilə və həm elm və mərifət sahibləri ilə tanışlıq və dostluq etməklə bəxtiyar olmuşam."