Leysan — qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında düşür, intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir.
Dünyada ən güclü leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur.
Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə edilmişdir. [1]