Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Libretto

Librе́tto (italyan dilində libro sözündən əmələ gəlmiş libretto — kitab) — dünyəvi, yaxud ruhani səciyyə kəsb edən irihəcmli vokal, yaxud vokal olması vacib olmayan, (məsələn, opera, balet, operetta, oratoriya, kantata, müzikl) əsərin ədəbi əsası.

Bir qayda olaraq, libretto əksər hallarda qafiyəli şeirlə yazılır. Reçitativ üçün nəsrdən istifadə etmək mümkün sayılır. Əsas etibarilə libretto üçün süjet ədəbi əsərlər olur. Bu təqdirdə ədəbi əsərlər musiqi və səhnənin tələblərinə uyğun olaraq dəyişdirilir. Nadir hallarda, məsələn, opera üçün yazılan librettonun müəllifi bəstəkarın özü olur. Buna misal Rixard Vaqnerin yaradıcılığını gətirmək olar.

Librettonun qısa icmalı sinopsis adlanır.

Librettonu tədqiq edən sahə librettologiya adlanır.


Previous Page Next Page






Libretto ALS ليبريتو Arabic Libretto BAR Libreto BCL Лібрэта BE Либрето Bulgarian Llibret Catalan Libreto Czech Libreto CY Libretto Danish

Responsive image

Responsive image