Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Mayevisa

Mayevisa
Ümumi məlumatlar
Mütləq hündürlüyü 916 m
Uzunluğu
  • 50 km
Eni 25 km
Hündür nöqtəsi Stolise dağı
Yerləşməsi
44°31′ şm. e. 18°53′ ş. u.HGYO
Ölkə  Bosniya və Herseqovina
Mayevisa xəritədə
Mayevisa
Mayevisa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mayevisa — Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən elə də hündür olmayan dağ silsiləsi və tarixi region. Şimalda PosavinaSemberiya, cənubda Spreça çayının yatağı ilə əhatələnir.

Silsilənin ən hündür zirvəsi Stolise dağıdır (916 m). Zirvə Tuzla şəhərindən 16 km şərqdə yerləşir. Bu dağın zirvəsində televiziya teleqülləsi vardı. Bosniya müharibəsi zamanı qüllə dağıdılmışdır. Digər zirvələrin hündürlüyü isə 800 - 900 metr arasında dəyişir. Silsilənin böyük hissəsi Bosniya və Herseqonina Federasiyası ərazisindədir. Az bir qism isə Serb Respublikası ərazisində yerləşir. Mayevisa dağlarının böyük bir qismi meşə ilə örtülüdür.

Əsas silsilə şimal-qərbdən cənub-şərqə doğru uzanır (Srebrenikdən Zvornik istiqamətdə). Əsas zirvələri: Oresnisa (815 m), Opakovisa (690 m), Stobliç (721 m), Tabakovove-Strane (572 m), Kisel (673 m), Qavraniç (720 m), Qreda (803 m), Mecednik (842 m), Busiya (845 m), Draqanovas (779 m), Konis (903 m), Stolise (916 m), Mala-Yelisa (879 m), Velika-Elitsa (878 m)[1]. Qərbdə və şərqdə sıralar Drin və Tine çaylarının vadilərinə düşən düzənsiz bir struktur əmələ gətirir. Bölgənin suxurları Eosen, Oligosen ,Miosen, Pliosen, Trias, Yura, Təbaşir dövrü çöküntüləri və magmatik çöküntülərdən ibarətdir. Mayevisa silsiləsinə yaxın ərazilərdə kömür və neft yataqları vardır[2]. Silsilə ərazisindən Sava, Drina və Spreça çaylarının su ayrıcısı keçir.

  1. "Arxivlənmiş surət". 2017-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-23.
  2. Иван Михайлович Губкин, Киселев С. П. Мировые нефтяные месторождения Arxivləşdirilib 2018-01-11 at the Wayback Machine. М. — Л., 1934

Previous Page Next Page






مايفيتسا Arabic Majevica BS Majevica CEB Majevica Czech Majevica German Majevica English Majevica EO Majevica French Majevica Croatian Մաևիցա HY

Responsive image

Responsive image