Mizrahi | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | İvrit dili, Ərəb dili, Fars dili, Marathi dili, Yəhudi Malayalam dili, Cidi dili, Yəhudi Ərəbcəsi dili, Gürcü dili, Buhori dili, Yəhudi Bərbər dili, Dağ yəhudiləri dili, Yəhudi Aramicəsi dili |
Dini | İudaizm |
Vikianbarda əlaqəli mediafayllar |
Mizrahi (çoxluq: Mizrahim, İvrit dili: מזרחים) — Yaxın Şərq, Şimali Afrika, Orta Asiya və Qafqazdakı yəhudilərə verilən ümumi ad. İsraildə "Mizrahi" termini əsasən ərəb dünyasında və qonşu ölkələrdə yəhudilərə aid edilir. Yeri gəlmişkən, İsrail əhalisinin 40%-ni əslən ərəb ölkələrindən gəlmiş yəhudilər və onların nəsilləri təşkil edir.İraq, Suriya, Livan, Yəmən, İran, Əfqanıstan, Buxara, Mooriş yəhudiləri, Bərbəri, Kürd, Azərbaycan, Dağıstan, Hindistan və Pakistan yəhudiləri əsas Mizrahi yəhudiləridir. Mübahisə doğuran digər bir məqam isə XV əsrdə İspaniyadan qovularaq Yaxın Şərq və Şimali Afrika ərazilərində məskunlaşmış Sefard yəhudilərinin nəsillərinin Mizrahi yəhudilərinə aid edib-etməmək məsələsidir. Onlar köçüb gəldikləri ölkələrin çoxunda yerli yəhudilərlə qaynayıb-qarışmış, onların da milli varlığına, mədəniyyətinə təsir etmişdilər. Lakin bəzi ölkələrdə, məsələn, Mərakeşdə ərəb və sefard yəhudiləri uzun müddət bir-birlərinə qarışmadılar və iki fərqli toplum əmələ gətirdilər. O zaman yerli yəhudilər özlərini mustaarabim (ərəbləşmiş yəhudilər) adlandırmağa başladılar. Hər Mizrahi fərqli mənşəli olduğundan fərqli adət və ənənələr var. Ancaq ibadət nümunələri Sefardların ibadət üsullarına çox oxşardır. Bu oxşarlığa görə xüsusilə İsraildə ümumiləşdirmə aparıldığı və Mizrahi yəhudilərinin Səfəradi adlandırıldığı görülür.