Mobutu Sese Seko | |
---|---|
Mobutu Sese Seko Kuku Ngbendu Wa Za Banga | |
| |
24 noyabr 1965 – 16 may 1997 | |
Əvvəlki | Yozef Kasavubu |
Sonrakı | Loran Kabila |
Şəxsi məlumatlar | |
Doğum adı | Joseph-Désiré Mobutu |
Doğum tarixi | |
Doğum yeri | Lisala, Belçika Konqosu |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Rabat, Mərakeş |
Vəfat səbəbi | prostat xərçəngi |
Dəfn yeri | |
Milliyyəti | Konqolu |
Partiya | Xalq İnqilab Hərəkatı |
Fəaliyyəti | siyasətçi, jurnalist, hərbi qulluqçu |
Həyat yoldaşları |
Mariya-Antuanetta Mobutu Bobi Ladava Mobutu |
Uşağı | 14 |
Dini | Roma-Katolik kilsəsi |
Hərbi xidmət | |
Xidmət illəri | 1949–1965 |
Mənsubiyyəti | |
Qoşun növü | |
Rəhbərlik edib | Ali baş komandan |
Döyüşlər | |
Rütbəsi | General-leytenant |
Vikianbarda əlaqəli mediafayllar |
Mobutu Sese Seko (ing. Mobutu Sese Seko Nkuku Ngbendu wa za Banga) - 1965-1997-ci illərində əvvəlki adı Zair Respublikası olan Konqo Demokratik Respublikasının prezidenti. Mobutu və ya Yozef Mobutu Sese Seko kimi tanınmışdır. Sese Sekonun hakimiyyətə gəlişi 1965-ci ildə əvvəlki prezident Yozef Kasavubunun hərbi çevirilişlə devirilməsindən sonra gercəkləşib. Hakimiyyəti dövründə, Konqo 32 il ərzində dəmir yumruq siyasəti ilə idarə olunmuşdur.[1]
Dəyərli və zəngin yeraltı təbii sərvətlərə sahib olan Konqo Demokratik Respublikası zəif idarəçilik və kütləvi korrupsiya səbəbindən sürətlə zəifləmiş və ölkə dünyanın ən kasıb ölkələrindən birinə çevirilmişdir. 1965-ci ildə hakimiyyətə gəlməsinə Qərb və ABŞ tərəfindən isti yanaşılan Mobutu, zaman keçdikcə bu dəstəyini itirmiş və bundan qısa müddət sonra hakimiyyətdən kənarlaşdırılmışdır.[2]