Monteneqro | |||||
---|---|---|---|---|---|
mont. Црна Гора/Crna Gora | |||||
| |||||
Áilleacht fhiáin, Harddwch gwyllt | |||||
Himn: Ој свијетла мајска зоро (Ah, Mayın Parlaq Şəfəqi) |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Podqoritsa | ||||
İdarəetmə forması | Parlamentli respublika | ||||
Prezident | Jakov Milatović | ||||
Baş nazir | Milojko Spajić | ||||
Sahəsi | Dünyada 162-ci | ||||
• Ümumi | 13,812 km² km² | ||||
• Su sahəsi (%) | 1,5 | ||||
Əhalisi | |||||
• Əhali | 645 min nəfər (166-cı) | ||||
• Siyahıyaalma (2011) | 625 266 nəf. | ||||
• Sıxlıq | 47 nəf./km² | ||||
• Ümumi | 5.861.430.526 $[1], 6.095.978.868 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 7 460 million dollar (158-ci) | ||||
• Adambaşına | 12 000 dollar (107-ci) | ||||
Valyuta | avro | ||||
İnternet domeni | .me | ||||
ISO kodu | ME | ||||
BOK kodu | MNE | ||||
Telefon kodu | +382 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Monteneqro, həmçinin Çernoqoriya (mont. Црна Гора/Crna Gora) və ya Qaradağ[3][4] — cənub-şərqi Avropada dövlət. Monteneqro Balkan yarımadasında yerləşir. Qərbdə Xorvatiya, şimal-qərbdə Bosniya və Herseqovina, şimal-şərqdə Serbiya, şərqdə Kosovo (qismən tanınan), cənub-şərqdə Albaniya ilə həmsərhəddir. Cənub-qərbdə isə Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Podqoritsa, köhnə kral paytaxtı Çetinye şəhəridir. Ölkənin ümumi sahəsi 13,812 kvadrat kilometr, əhalisinin ümumi sayı 630,000 (2018) nəfərdir. Monteneqronun dövlət quruluşu parlamentli respublikadır. Ölkə inzibati cəhətdən 21 bələdiyyədən ibarətdir. Turizm ölkə iqtisadiyyatının 20%-ni təmin edir.