Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.
Obyektiv
Obyektiv — təsviri səthə(fotomaterial, matrisa və s.) proyeksiya edən fotoaparatla birlikdə çalışan linza və ya linzalar dəstindən ibarət olan optik qurğudur.
Obyektivlər foto, kino çəkilişində, optik çapda, mikroskopda, teleskopda və müxtəlif müşahidə və optik cihazlarda istifadə olunur.
Müşahidə cihazlarında obyektiv cihazın birinci komponenti sayılır. Bu halda təsvirə cihazın okulyarında baxılır.
Qurğunun təyinatından asılı olaraq obyektivə diafraqma, sürgü, başlıq, fokuslama sistemi kimi köməkçi elementlər əlavə edilə bilər.