Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Paleozoy

Paleozoy və ya paleozoy erası — davamiyyəti 290 milyon ildir. Paleozoy erası başlanğıcı erkən kembriyə təsadüf edir. Bitkilər arasında riniofitlər (ilk yerüstü bitkilər), plaunabənzərlərin və qatırquyruqukimilərin çox hissəsi, həmçinin prohimnospermidlər yalnız paleozoyda mövcud olmuşdur. Fuzulinidlər (foraminiferlər), arxeosiatlar, mərcanlardan tabulatoideyalar, hemeolitodeyalar və dördşüalılar, düz qabıqlı başıayaqlıların əksəriyyəti, hiolitlər, tentakulitlər, trilobitlər, mamırabənzərlərin və qıfıllı braxiopodların əksər dəstələri, dərisitikanlıların bir çox sinifləri, həmçinin qraptolitlər və balığa oxşayan çənəsiz qəlsəməlilərin əksəriyyəti (telodontlar, müxtəlif zirehlilər, sümükçanaqlılar, çanaqsızlar), çənəli qəlsəməlilərdən – ən qədim balıqlar (akantodlar və lövhəlidərililər) kimi canlılar yalnız paleozoyda rast gəlinir.


Previous Page Next Page