Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Palmira

Palmira
ܬܕܡܘܪܬܐ (arami)
تدمر (ərəb)
Palmira xarabalıqlarının ümumi görünüşü
Xəritə
34°33′01″ şm. e. 38°16′11″ ş. u.HGYO
Ölkə Suriya Suriya
Yerləşir Tadmur, Hüms mühafəzəsi
Aidiyyatı Palmira imperiyası
Əsas tarixlər 1932-ci ildə tərk edilib
Tikilmə tarixi e.ə. II minillik
Sahəsi 36 ha
Vəziyyəti Qismən dağıdılıb
Rəsmi adı: Site of Palmyra
TipiMədəni
Kriteriyai,ii,iv
Təyin edilib1980
İstinad nöm.23
DövlətSuriya
RegionƏrəb ölkələri
Palmira (Suriya)
Palmira
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tədmir (ərəb. تدمرTədmur/Tədmirərəb. تدميرTədmîr; arami. ܬܕܡܘܪܬܐ Tedmurtā) və ya Palmira (yun. Παλμύρα) — Suriyanın Hüms mühafəzəsi ərazisində qədim semit şəhəri. İlkin yaşayış izlərinin hələ Neolit dövrünə aid edildiyi Palmira şəhəri tarixi mənbələrdə ilk dəfə eramızdan əvvəl II minillikdə Suriya səhrasından keçən karvanların dayanacağı kimi qeyd edilir. Şəhərin adı Assur hökmdarlarının annallarında və ehtimal ki, Yəhudi Bibliyasında xatırlanır. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir.

Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır. III əsrdə artıq çiçəklənən bir şəhər olan Palmira həm də güclü orduya malik idi. Belə ki, b.e. 260-cı ilində Palmira kralı Odenatın rəhbərliyi ilə Palmira ordusu Sasani ordusunu məğlub etmişdi. 267-ci ildə isə Odenat taxtdan salınmış, onun yerinə kiçik oğlu kraliça Zenobiyanın regentliyi altında hakimiyyətə gəlmişdi. 270-ci ildən Zenobiya Roma İmperiyasının şərq əyalətləri hesabına Palmira ərazilərini genişləndirməyə başlayır. 271-ci ildə Palmira kralları imperator titulu qəbul edirlər; 272-ci ildə Roma İmperatoru Avreli Palmiranı məğlub etdi. 273-cü ildə baş vermiş üsyandan sonra isə şəhər tamamilə dağıdılmışdır. Bundan sonra Palmira Bizans, Raşidi, Əməvilər, Abbasilər xilafətləri, Məmlük dövlətinin tərkibində kiçik vassal şəhər olmuşdur. 1400-cü ildə Teymurilər tərəfindən dağıdıldıqdan sonra kiçik bir kəndə çevrilən Palmira Osmanlıların (1918-ci ilə kimi), Suriya krallığının daha sonra isə Suriya və Livanda Fransa Mandatının tərkibində olmuşdur. 1929-cu ildə Fransızlar Palmira kəndinin əhalisini yeni inşa edilmiş Tadmur kəndinə köçürməyə başlamışlar, köçürmə işləri 1932-ci ildə tamamlanmış və tamamilə boşalmış ərazi arxeoloji tədqiqatlar üçün yararlı hala gətirilmişdir. 21 may 2015-ci ildə Palmira ərazisi İŞİD terrorçu qruplaşması tərəfindən ələ keçirilmişdir. 27 mart 2016-cı ildə şəhər yenidən Suriya Silahlı Qüvvələrinin nəzarəti altına keçmişdir.

Palmira sakinləri əsasən aramilər, amorilər, ərəblər və kiçik bir yəhudi topluluğundan ibarət idi. Şəhər sakinləri əsasən arami dilinin yerli ləhcəsində və əlavə olaraq həm də yunan dilində danışmışdır. 634-cü ildə şəhərin ərəblər tərəfindən ələ keçirilməsindən sonra hər iki dil ərəb dili ilə əvəzlənmişdir. Palmiranın Yunan-Roma və Fars mədəniyyətindən təsirlənmiş yerli mədəniyyəti dünya mədəniyyəti xəzinəsinə dəyərli incəsənət və memarlıq nümunələri bəxş etmişdir. Şəhər sakinləri yerli tanrılarla yanaşı, Mesopotamiya və Ərəb tanrılarına da inanırdılar. IV əsrdə Xristianlığın yayıldığı şəhərdə, I minilliyin ikinci yarısından İslam yayılmağa başlamışdır.

Palmiranın siyasi quruluşu Yunan şəhər dövlətləri modelinə əsaslanırdı. Dövlət həm ictimai, həm də hərbi işlərə nəzarət edən senat tərəfindən idarə olunurdu. III əsrdə koloniya statusu aldıqdan sonra Palmiranın dövlət quruluşu Roma dövlət institutlarına uyğunlaşdırılmış, 260-cı ildən isə Palmirada tipik monarxiya quruluşu formalaşdırılmışdır. Palmiranın əsas gəliri karvan ticarətindən idi. Palmiralılar bütün İpək Yolu boyunca koloniyalar yaradan və Roma imperiyasının geniş ərazisində ticarətlə məşğul olan zəngin tacirlər idilər.


Previous Page Next Page






Palmyra AF تدمر Arabic تدمر ARZ Palmira AST Пальмира BA Пальміра BE Пальміра BE-X-OLD Палмира Bulgarian পালমিরা Bengali/Bangla Palmira Catalan

Responsive image

Responsive image