Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Pauer metal

Power metalAlmaniya və Skandinaviya ölkələrində yaranıb. Məlum olan ən köhnə Power metal mahnısı, Rainbow qrupunun “Stargazer” mahnısıdır. Power metal 1980-ci illərin əvvəllərində Alman qrup Helloween ilə məşhurlaşdı. Bu tərz, 70-ci illərdəki rock qruplardan gələn bir tərzdir.

Power metal`da vokallar adətən normal olur. Yəni death, black və ya digər vokallar kimi ağır deyil. Amma çox güclü səs tələb edən bir tərzdir. Bu tərz qruplarda adətən alətlərin paylanması bu cürdür: 2 gitara, 1 bass gitara, bateri və vokal.. Bəzi qruplar keyboard`da işlədir. İtalyan olan Rhapsody qrupu isə hətta sinfonik alətlərdən də istifadə etmişdi.

Qrupdakı digər üzvlər (vokalistdən başqa) bek vokal olaraq da iştirak edirlər adətən. Bass gitara və bateri ön planda görünməsələrdə, digər gitaralar texnikalı şəkildə ifa edilir və bəzən akustik gitaralar işlədilərək həzn musiqi də ərsəyə gətirilir.

Thrash Metal'dakı sərtliyə qarşılıq olaraq Power`də daha melodik hava mövcuddur. Tərzin ilklərindən olan Iron MaidenJudas Priest `dən sonra Attacker, Jag Panzer, Iced Earth, Liege Lord, Savatage və Queensryche kimi amerikalı qrupların meydana çıxması ilə, Avropadan Helloween, Gamma Ray, Blind Guardian, Running Wild və Grave Digger ön plana çıxmışdılar. Xüsusilə Blind Guardian və Iced Earth bu tərz üçün çox işlər görmüş qruplardır.


Previous Page Next Page






باور ميتال Arabic Паўэр-метал BE Пауърметъл Bulgarian Power metal BR Power metal BS Power metal Catalan Power metal Czech Power metal Danish Power Metal German Power metal Greek

Responsive image

Responsive image