Rassell qrupu | |
---|---|
ing. Russell Group | |
Növü | Ali təhsil müəssisələrinin assosiyasiyası |
Yaranma tarixi | 1994 |
Rəsmi dili | İngilis dili |
Mərkəzi | Steyşn Roud, Kembric |
Fəaliyyət göstərdiyi yer | Britaniya |
Prezident | Nensi Rosvel |
Üzvləri |
24
|
russellgroup.ac.uk |
Rassell qrupu (ing. Russell Group) ― Britaniyada fəaliyyət göstərən 24 aparıcı tədqiqat universitetinin təmərküzləşdiyi assosiyasiya.[1]
1994-cü ildə yaradılmış təşkilat Britaniyadakı qabaqcıl ali təhsil ocaqlarında aparılan tədqiqatları daha da intensivləşdirmək və koordinasiya etmək məqsədilə dövlət tərəfindən formalaşdırılmışdır.[1] Sözügedən qrupda cəmlənmiş müəssisələr Böyük Britaniyanın ən nüfuzlu universitetləri hesab olunurlar və eyni zamanda, tədqiqat universiteti statusuna malikdirlər.[2]
Hazırda, Britaniyada ali təhsil tələb edən işlərin 61%-də Rassell qrupuna üzv universitetlərin məzunları çalışır.[3] Bundan əlavə, Birləşmiş Krallıqda əldə olunmuş doktorantura elmi dərəcələrinin 60%-i də qeyd olunan qrupun üzvlərinin payına düşür.[4] Rassell qrupu üzvü olan ali təhsil müəssisələrinin tədqiqatlarının 68%-i "Dünya miqyaslı" hesab olunur.[4]