Orbital xarakteristikası[4] | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dövr J2000.0 | |||||||||||||
Afelisi | 1.514,50 milyon km 10,1238 AV | ||||||||||||
Perihelisi | 1.352,55 milyon km 9,0412 AV | ||||||||||||
Periapsidi | 1.349.823.615 km[5], 1.353.572.955.891 m | ||||||||||||
Apoapsidi | 1.503.509.229 km[5], 1.513.325.782.874,5 m | ||||||||||||
Böyük yarımoxu | 1.433,53 milyon km 9,5826 AV | ||||||||||||
Orbitinin ekssentrisiteti | 0,0565 | ||||||||||||
Siderik fırlanma dövrü | 29,4571 il 10.759,22 gün 24.491,07 Saturn Günəş günü[1] | ||||||||||||
Sinodik fırlanma dövrü | 378,09 gün | ||||||||||||
Orbital sürəti | 9,68 km/san | ||||||||||||
Orta anomaliyası | 317,020°[2] | ||||||||||||
Əyilməsi | 2,485° ekliptə nəzərən[2] 5.51° Günəş ekvatoruna nəzərən[2] 0,93° sabit müstəviyə nəzərən[3] | ||||||||||||
Qalxan milinin uzunluğu | 113,665° | ||||||||||||
Perisentr arqumenti | 339,392°[2] | ||||||||||||
Nəyin peykidir | Günəş | ||||||||||||
Kəşf edilmiş peykləri | 82[4] | ||||||||||||
Özünə xas ekssentrisitet | 0,05386179[6] | ||||||||||||
Fiziki xarakteristikaları[4] | |||||||||||||
Orta radiusu | 58.232 km | ||||||||||||
Ekvator radiusu | 60.268 km 9,449 Yer radiusu | ||||||||||||
Qütb radiusu | 54.364 km 8,552 Yer qütb radiusu | ||||||||||||
Qütb sıxılması | 0,09796 | ||||||||||||
Səthinin sahəsi | 4,27×1010 km2[7] 83,703 Yer səthi | ||||||||||||
Həcmi | 8,2713×1014 km3 763,59 Yer həcmi | ||||||||||||
Kütləsi | 5,6834×1026 kq 95 159 Yer kütləsi | ||||||||||||
Orta sıxlığı | 0,687 q/sm3 (sudan az) | ||||||||||||
Ekvatorda sərbəstdüşmə təcili | 10 44 m/san2 | ||||||||||||
0,22[8] | |||||||||||||
İkinci kosmik sürəti | 35,5km/san | ||||||||||||
Siderik fırlanma dövrü | 10 saat 33 dəq 38 san[9][10] | ||||||||||||
Ekvatorial fırlanma sürəti | 9,87 km/san | ||||||||||||
Şimal qütbünün düz qalxması | 40,589°; 2 saat 42 dəq 21 san | ||||||||||||
Şimal qütbünün meyllənməsi | 83,537° | ||||||||||||
0,342 (Bond)[11] 0,499 (hənd.)[12] | |||||||||||||
Temperatur | 134 K[14] | ||||||||||||
| |||||||||||||
−0,55[13] – 1,17[13] | |||||||||||||
14,5″ to 20,1″ (halqalar istisna olmaqla) | |||||||||||||
Atmosfer[4] | |||||||||||||
140 kPa[15] | |||||||||||||
59,5 km | |||||||||||||
Atmosfer tərkibi | həcm ilə
Buzlar:
| ||||||||||||
Saturn, köhnəlmiş adı Zühəl[16][17] — Günəş sistemində Yupiterdən sonra ən böyük ikinci, Günəşdən məsafəsinə görə altıncı planet. Saturn radiusu Yerin radiusundan təqribən doqquz onda beş dəfə böyük olan qaz nəhəngidir.[18][19] Saturnun orta sıxlığı Yerin orta sıxlığının səkkizdə biri qədər olsa da, kütləsi Yerin kütləsindən 95 dəfə çoxdur.[20][21][22] Planetin adı Roma mifologiyasında tanrı olan Saturndan gəlir və astronomik simvolu (♄) Saturnun orağını təmsil edir.
Ehtimal olunur ki, Saturnun daxili nüvəsi dəmir-nikel və qayadan (silisium və oksigen birləşmələri) təşkil olmuşdur. Bu nüvənin də metallik hidrogenlə əhatələndiyi, orta təbəqələrdə maye hidrogenlə maye heliumun yerləşdiyi və Frenkel xəttindən xaricdə qalan hissənin də qaz təbəqəsindən ibarət olduğu düşünülür. Saturnun yuxarı atmosferi ammonyak kristallarından təşkil olunduğundan rəngi açıq sarı görünür. Metallik hidrogen təbəqəsindəki elektrik axınının planetin maqnit sahəsinin yaranmasına səbəb olduğu düşünülür. Bu axın Yerdəkinə nisbətən daha zəif olmasına baxmayaraq, planetin böyük ölçüləri səbəbindən onun maqnit momenti Yerin maqnit momentindən 580 dəfə böyükdür. Saturnun maqnit sahəsinin gücü Yupiterin maqnit sahəsinin gücünün iyirmidə birinə bərabərdir.[23] Saturnun yuxarı atmosferi əsasən mülayim və sakitdir. Buna baxmayaraq, uzun müddət davam edən atmosfer hadisələri də müşahidə oluna bilir. Saturnda küləyin sürəti 1800 km/saata bərabərdir ki, bu göstərici Yupiterdəkindən daha güclü, Neptundakından isə daha zəifdir.[24] 2019-cu ilin yanvarında tədqiqatçılar Saturnun C halqası üzərində aparılan araşdırmalara əsasən bir Saturn gününün 10 saat 33 dəqiqə 38 saniyə (± 1 dəqiqə 19 saniyə) olduğunu müəyyən etmişlər.[9][10]
Saturn doqquzu davamlı halqa və üçü davamsız kaman formalı olmaqla buz hissəcikləri, qaya parçaları və kosmik tozdan ibarət olan diqqətçəkən halqa sisteminə sahibdir. Saturnun kəşf olunmuş 82 peyki vardır[25] ki, bunlardan 53-ü rəsmi şəkildə adlandırılmışdır. Bu siyahıya halqalardakı nisbətən iri hissəciklər daxil edilmir. Saturnun ən böyük peyki Titandır və ölçüsünə görə Günəş sistemində Qanimeddən sonra ikinci peykdir. Ölçüsünə görə Merkuridən daha böyük olan Titanın vacib bir xüsusiyyəti də diqqətçəkən atmosferə sahib olmasıdır.[26]
<ref>
teqi; CSeligman
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; VSOP87
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; meanplane
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; fact
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; nasafact
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Hanel_et_al
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Mallama_et_al
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Mallama_and_Hilton
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Mass ref 3
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; mag
adlı istinad üçün mətn göstərilməyib