Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Solisitor

Solisitor (ing. Solicitor) — əsasən ümumi hüquq sistemli ölkələrdə ənənəvi olaraq hüquqi məsələlərlə məşğul olan hüquqşünas vəkil. Bir sıra ölkələrdə hökumətin yanında, yaxud dövlət departamentində və ya şəhər hökuməti yanında xüsusi hüquqi vəzifədir. Hər hansı hüquqşünasın solisitor kimi fəaliyyət göstərməsi üçün qanunla müəyyən edilmiş xüsusiyyətlərə malik olması tələb olunur, hansı ki bu tələblər müvafiq dövlətlərin qanunvericiliyində fərqli müəyyən edilir. Məsələn, İngiltərəUelsdə solisitorlara dair tələblər 1974-cü il tarixli Solisitorlar haqqında Qanunla tənzimlənir. Bəzi istisnalarla, fəaliyyətdə olan solisitorların sertifikatı olmalıdır. İngiltərədə solisitorlar barristerlərdən sayca daha çoxdur. Onlar, əsas etibarilə, ümumi məsələlərlə bağlı hüquqi məsləhətlər verir və məhkəmə proseslərində çıxış edirlər.[1]

İngiltərə və Uels, eləcə də Şimali İrlandiya hüququnda, Avstraliyanın bəzi ştatlarında, Honkonqda, Cənubi Afrika Respublikasında (burada onlar attorney adlanırlar) və İrlandiyada hüquqi peşələr solisitorlar və barristerlər (bəzi dövlətlərdə advocate adlanırlar) arasında bölünür; adətən hüquqşünaslar bu iki tituldan birinə sahib olurlar. Şotlandiyada bu bölgü solisitorlar və vəkillər arasında aparılır. Baxmayaraq ki, hazırda Kanadada, Malayziyada, Yeni Zelandiyada, Sinqapurda və əksər Avstraliya ştatlarında hüquqi peşələrin praktiki məqsədlər üçün bölgüsü aparılmır və hüquqşünaslara "barrister və solisitor" tituluna sahib olmağa və təcrübədə da bu tituldan istifadə etməyə icazə verilir. Hətta bəzi hüquq məzunları iki tituldan biri ilə fəaliyyətə başlasalar da, sonradan digəri üzrə ixtisaslaşa bilirlər.[2]

  1. A Dictionary of Law (7 ed.), J Law and EA Martin, Oxford University Press, 2009, ISBN 9780191726729
  2. "Converting From Barrister To Solicitor". Aspiring Solicitors. 27.09.2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.04.2018.
    - "Ex-Freshfields solicitor switches to the Bar". 02.04.2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.04.2018.

Previous Page Next Page






Салісітар BE Солиситор CV Solicitor German Solicitor English Solicitor Spanish سلیسیتر FA Solliciteur French Ügyvéd Hungarian Solicitor Italian 事務弁護士 Japanese

Responsive image

Responsive image