Tibb (Ərəbcə: طب ) — insan sağlamlığını qorumaq və möhkəmləndirmək üçün müxtəlif xəstəlikləri və patoloji vəziyyətləri öyrənən, insan orqanizmində normal və patoloji proseslərin tədqiqatı üzrə elmi və praktik fəaliyyət sahəsidir. Elmi və praktiki fəaliyyətin bir istiqaməti olub, xəstə və sağlam insanların orqanizmində gedən prosesləri öyrənir, onların sağlamlığını qoruyur və xəstələrin müalicə üsullarını işləyib hazırlayır.[1]