Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Ulduz

Ulduzlar

Ulduz — ilk vaxtlardan bəri insan səma ilə maraqlanmış, ulduzları araşdırmaq üçün ilk ciddi addım isə, ilk teleskopu reallaşdıran İtalyan alimi Qalileo Qaliley tərəfindən atılmışdır. Göy hadisələri ilə maraqlanan elm sahəsi də "astronomiya" adı altında inkişaf etmişdir. Göy üzündə görünənlərdən də daha çox ulduz olduğu bilinməkdədir. Gözlə görülənlərin sayı, 8000 qədərdir. Şəkilləri çəkilə bilən ulduzların sayı isə 50000000000 qədərdir. Ayrıca səmada işıq verməyən ulduzlar da vardır ki, bunlar öz günəşləri olan ulduzların ətrafında dönməkdədirlər.

Ulduzlar kainatda ən çox yayılmış göy cisimləridir. Kosmik maddənin kütləsinin 98%-i ulduzlara məxsusdur. Ulduzlar Günəşəbənzər obyektlərdir, yəni işıqistilik enerjisinə malik olan qaz kütlələridir. Ulduzlar kütlə, radius və işıqlıqlarına görə bir-birlərindən ciddi fərqlənirlər. Elə ulduzlar var ki, onların radiusuları Günəşinkindən yüz dəfələrlə, hətta min dəfə böyükdür. Ulduzların kütləsi Günəşinkindən 50 dəfə kiçik və ya 80 dəfə böyük ola bilir. İşıqlıqları isə Günəşinkindən yüz min dəfə böyük, yaxud kiçik ola bilir.

Ulduzların daxili qatlarında və atmosferində fiziki şərait müxtəlifdir. Bu müxtəliflik onların kütləsindən, radiusundan və işıqlığından ciddi surətdə asılıdır.

Ulduzların spektrləri də bir-birindən ciddi fərqlənir. Ulduzların əksəriyyətinin spektri xarakter etibarilə Günəşinkinə bənzəyir, yəni parlaq kəsilməz spektrin fonunda udulma xətlərindən ibarətdir. Lakin kəsilməz spektrdə enerjinin paylanmasına, spektrdə udulma xətlərinin sayı və intensivliyinə görə ulduzların spektrləri bir-birindən ciddi surətdə fərqlənir.


Previous Page Next Page






Ster AF Stern ALS ኮኮብ AM Fu'is AMI Estrela AN Steorra ANG Ntoronyan̄ ANN तारा ANP نجم Arabic ܟܘܟܒܐ ARC

Responsive image

Responsive image