Verona | |
---|---|
Verona Veròna | |
45°26′19″ şm. e. 10°59′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | təq. e.ə. 550 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 59 ± 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +39 045 |
Poçt indeksi | 37100, 37121–37142 |
Nəqliyyat kodu | VR |
Digər | |
comune.verona.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Verona — (ven. Veròna) İtaliyanın Veneto regionunda Adice çayı sahilində 258.031 əhalisi olan şəhərdir.[3] Regionun və şimal-şərqi İtaliyanın ən böyük şəhər bələdiyyəsidir, yeddi əyalətindən biri olan Verona əyalətinin paytaxtıdır. Verona şəhər aqromerasiyası 1426 km² ərazini əhatə edir və əhalisi 714,310 nəfərdir. Mədəni, tarixi və memarlıq irsi, yarmarka və şouları, həmçinin qədim Roma amfiteatrı olan Arenada təşkil edilən opera sezonları bu şəhəri Şimali İtaliyanın əsas turistik yerlərindən birinə çevirib.
13-14-cü əsrlər arasında şəhər della Skala ailəsi tərəfindən idarə olunurdu. Ailənin, xüsusən də I Kanqrande della Skalanın hakimiyyəti altında şəhər böyük tərəqqi yaşadı, zəngin və qüdrətli oldu və yeni divarlarla əhatə olundu.[4] Verona ətrafında çoxsaylı abidələrdə della Skala dövrü qorunub saxlanılır.
Uilyam Şekspirin iki pyesi Veronada cərəyan edir: Romeo və Cülyetta və İki veronalı əsilzadə. Şekspirin nə vaxtsa Verona və ya İtaliyaya getdiyi məlum deyil, lakin onun pyesləri Verona və ətraf şəhərlərə çoxlu ziyarətçi cəlb edib. Verona həm də ilk böyük qadın humanist və İntibah dövrünün ən mühüm humanistlərindən biri olduğu deyilən İzotta Noqarolanın doğulduğu yerdir.[5] 2000-ci ilin noyabrında şəhər strukturuna və memarlığına görə YUNESKO tərəfindən Ümumdünya irsi obyekti elan edilmişdir.
Şəhərdə 2026 Qış Olimpiya Oyunlarının bağlanış mərasiminin keçirilməsi planlaşdırılır.