Vins Qilliqan | |
---|---|
ing. Vince Gilligan | |
![]() | |
Doğum adı | George Vincent Gilligan Jr. |
Doğum tarixi | 10 fevral 1967[1] (58 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | televiziya prodüseri[d], ssenarist, telerejissor, icraçı prodüser[d], kinorejissor, film prodüseri |
Fəaliyyət illəri | 1992-ci ildən |
Təhsili |
|
IMDb | ID0319213 |
![]() |
Corc Vinsent Qilliqan Cr. (ing. George Vincent Gilligan Jr.; 10 fevral 1967[1], Riçmond)[2] — amerikalı ssenarist, prodüser və rejissor. AMC kanalında yayımlanan "Breaking Bad" və onun spin-offu olan "Ən yaxşısı Sola zəng et" teleserialının yaradıcısıdır. O, həmçinin "Məxfi materiallar" teleserialının icraçı prodüseri olmuşdur. Qilliqan dörd "Praymtaym Emmi" və bir "BAFTA" mükafatı laureatıdır.
Qilliqan televiziyadan əlavə, 2008-ci ildə işıq üzü görmüş "Henkok" filminin ssenarisini yazmışdır. Həmçinin o, 2019-cu ildə ekranlara çıxan "Breaking Bad" serialının davam filmi olan "El Kamino"nun rejissorluğunu və prodüserliyini etmişdir.