Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Vinsent van Qoq

Vinsent van Qoq
nid. Vincent Willem van Gogh
Avtoportret, 1889-cu il, Orse muzeyi
Avtoportret, 1889-cu il, Orse muzeyi
Doğum adı Vincent Willem Van Gogh[3]
Doğum tarixi 30 mart 1853(1853-03-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 iyul 1890(1890-07-29)[1][2][…] (37 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
  • Over-syür-Uaz qəbiristanlığı[d]
Vətəndaşlığı Niderland Niderland
Fəaliyyəti rəssam, boyakar[d], rəssam-qravürçü[d]
Təhsili
  • Kral Rəssamlıq Akademiyası[d]
Janr Peyzaj
Stillər postimpressionizm[7], ekspressionizm
Tanınmış işləri
Kartof yeyənlər (1885)
Günəbaxanlar (1887)
Arlda yataq otağı (1888)
Ulduzlu gecə (1889)
Həkim Qaşenin portreti (1890)
Qarğalarla taxıl sahəsi (1890)
Siesta (1890)
Overdə kilsə (1890)
Hamisi Teodor van Qoq
Təsir edib Adolf Montiçelli, Ejen Delakrua
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Günəbaxanlar (F.458), sarı arxa fonlu 4-cü versiyanın təkrarı, 1889-cu ilin avqustu.[8] Van Qoq muzeyi, Amsterdam
Qarğalarla taxıl sahəsi, 1890-cı il. Van Qoq muzeyi, Amsterdam

Vinsent Villem van Qoq (nid. Vincent Willem van Gogh; 30 mart 1853[1][2][…], Zyundert[d], Şimali Brabant[4][5]29 iyul 1890[1][2][…], Over-syür-Uaz[6][4]) — holland postimpressionist rəssam. O, ölümündən sonra qərb incəsənət tarixinin ən görkəmli simalarından birinə çevrildi. Həyatda olduğu zaman yalnız 1 əsəri satılmışdır. Rəssamın 10 il ərzində yaratdığı təxminən 2100 sənət əsərinə peyzaj, natürmort, portretavtoportretlər daxildir. O, 860 yağlı boya rəsminin əksəriyyətini ömrünün son iki ilində çəkib. Aydın rəng çalarları və Vinsentin fırçadan özünəməxsus istifadə tərzi ilə xaraterizə olunan bu rəsm əsərləri müasir incəsənətin təməl daşları hesab olunur. Bütün bunlara baxmayaraq, rəssam həyatı boyunca daim maddi çətinlik içində yaşadı, uzun illər ruhi xəstəlik, depressiya və yoxsulluqdan əziyyət çəkdikdən sonra 37 yaşında vəfat etdi.

Yuxarı-orta təbəqəyə mənsub bir ailədə dünyaya gəlmiş Vinsent ciddi, sakit və düşüncəli bir uşaq idi. Uşaqlığında şəkil çəkməklə məşğul olan Vinsent gənclik illərində tez-tez səyahət etdi və incəsənət dileri kimi fəaliyyət göstərdi. Londona transfer olunduqdan sonra depressiyaya düşdü, daha sonra, dinə üz tutdu və cənubi Belçikada vaxtını protestant missioner olaraq keçirdi. Xəstə və tənha Vinsent 1881-ci ildə rəssamlığa maraq salmazdan əvvəl evinə, valideynlərinin yanına gətirildi. Gənc qardaşı Teo ona maddi baxımdan yardım göstərdi və onlar uzun illər məktublaşaraq daim ünsiyyətdə oldular. Əksəriyyəti natürmort və kəndli işçilərin təsvirlərindən ibarət olan erkən yaradıcılıq işlərində parlaq rəng tonlarının az olması onları rəssamın sonrakı rəsmlərindən fərqləndirirdi. 1886-cı ildə o, Parisə köçdü, Emil BernarPol Qogen də daxil olmaqla, avanqard üslubun impressionizmin həssasiyyətinə qarşı çıxan bir sıra nümayəndəsi ilə tanış oldu. Getdikcə özünü inkişaf etdirən Van Qoq artıq natürmort və peyzaj çəkərkən onlara yeni baxış bucağından yanaşırdı. 1888-ci ildə, Fransanın cənubunda, Arlda yaşayarkən fərqinə vardığı və təkmilləşdirdiyi üslubdan istifadə etməyə başladıqdan sonrakı rəsmləri rəng çalarlarının parlaqlığı ilə seçilirdi. Bu müddət ərzində zeytun ağacları, buğda tarlası və günəbaxanların təsvir olunduğu çoxlu rəsm əsəri yaradaraq yaradıcılığının mövzusunu daha da genişləndirdi.

Psixotik epizoddeluziyalardan əziyyət çəkən Vinsent ruhi sağlamlığına görə narahat olsa da, fiziki sağlamlığına heç vaxt fikir vermir, düzgün qidalanmır və tez-tez spirtli içkləridən istifadə edirdi. Sol qulağının bir hissəsini kəsmiş Vinsenti əlində ülgüclə gördükdən sonra Pol Qogenin onunla olan dostluğu sona çatdı. O, Sen-Remidə yaşadığı period da daxil olmaqla, bir müddət ruhi xəstəxanalarda qaldı. Daha sonra, Paris yaxınlığındakı Over-syür-Uaza köçdü və homeopatik həkim Pol Qaşe onun qayğısına qaldı. Hələ də depressiyadan əziyyət çəkən Vinsent 1890-cı il 27 iyulda Lefoşe markalı tapança ilə özünü sinəsindən güllələdi. Yaralı halda olan rəssam iki gün sonra vəfat etdi.[9]

Van Qoq yaşadığı müddət ərzində uğur qazanmadı və bacarıqsız bir dəli hesab olundu. O, intiharından sonra məşhurlaşdı, insanların nəzərində "səhv başa düşülmüş dahi"yə yaxud "dəlilik və yaradılıcığı özündə birləşdirən rəssam"a çevrildi.[10] Vinsentin populyarlığı 20-ci əsrin əvvəllərində, onun rəsm əsərlərində istifadə etdiyi ünsürlər fovistləralman ekspressionistləri tərəfindən mənimsənilməyə başladıqdan sonra daha da artdı. Sonrakı onilliklər ərzində o, dünyanın bir çox yerində böyük tənqidi və ticari uğur əldə etdi. Bu gün rəsmləri dünyanın ən bahalı rəsm əsərləri arasında yer alan və incəsənət tarixinin ən vacib rəssamlarından biri olaraq tanınan Van Qoq öz faciəvi həyatı ilə eyni zamanda ideal "iztirab çəkmiş rəssam" obrazıdır. Amsterdamda Vinsentin adını daşıyan Van Qoq muzeyi onun yaratdığı sənət əsərlərinin ən böyük kolleksiyasına ev sahibliyi edir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Vincent van Gogh (nid.).
  3. West-Brabants Archief.
  4. 1 2 3 4 RKDartists (nid.).
  5. 1 2 https://westbrabantsarchief.nl/collectie/voorouders/deeds/8759da72-f8d9-11df-a690-cd95c1e286e2?person=c5de19da-f8dd-11df-a690-cd95c1e286e2.
  6. 1 2 The Fine Art Archive.
  7. https://www.oxfordartonline.com/page/impressionism-and-post-impressionism/impressionism-and-postimpressionism.
  8. "Sunflowers – Van Gogh Museum". vangoghmuseum.nl. 29 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2016.
  9. Le revolver avec lequel Van Gogh se serait mortellement blessé en vente à Paris Arxiv surəti 2 aprel 2019 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2 aprel 2019 at the Wayback Machine in Le Figaro 2 April 2019
  10. McQuillan, 1989, 9

Previous Page Next Page