Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Windows 8

Windows 8
Yaradıcı Microsoft
İstehsalçı Microsoft
ƏS ailəsi Windows NT
Bazası Windows 7, Windows NT
Buraxılış tarixi 26 oktyabr 2012[1]
Son versiya 6.2.9200 — 26 oktyabr 2012 — 6.3.9600 — 17 oktyabr 2013
Yenilənmə tezliyi İldə bir dəfə
Yenilənmə üsulu Windows Update, Windows Store
Dəstəklənən dillər Çox dilli
Dəstəklənən platformalar x86, x64, ARM
İnterfeys Metro UI
Lisenziya EULA
Vəziyyəti Aktual deyil
Əvvəlki Windows 7
Növbəti Windows 8.1
Veb-saytı Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Windows 8Microsoft şirkətinin fərdi kompüterlər, noutbuklarplanşetlər üçün istehsal etdiyi əməliyyat sistemidir.

Windows 8 26 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır. Əməliyyat sisteminin planşet versiyasının birinci və ən gözəçarpan dəyişikliyi onun interfeysidir. Hazırda interfeysdə adət etdiyimiz "Start" düyməsi yoxdur, işçi masası isə klassik Windows -dan daha çox Windows Phone-a bənzədilir. Windows 8-də yüklənmə sürətini yüksəltmək, sistemin gözləmə rejimdən çıxma vaxtını azaltlmaq, enerji sərfiyyatı effektivliyini artırmaq, eləcə də personal kompüter istehsalçılarına, öz kompüterlərini əvvəlcədən qurulmuş əməliyyat sistemi ilə daha keyfiyyətli uyğunlaşdırmaq imkanı verən yeni alətlər təqdim edib. Windows 8 əməliyyat sisteminin final versiyasında qacetlər, yəni işçi masanın üzərində olan, informasiya və ya alətlərə qısa yol olan mini proqram əlavələri yoxdur. Əməliyyat sistemində iki yeni arxitektura dəstəklənir: SoC ("çip üzərində sistem" – System on a Chip) və ARM-dən gedir. Portativ qurğular üçün nəzərdə tutulmuş hər iki arxitektura ənənəvi "x86" platformasına nisbətən daha kiçik enerji sərfiyyatı və maya dəyəri ilə fərqlənir. Microsoft şirkətinin hesablamasına görə, Windows 8 əməliyyat sistemi istifadəyə verildikdən 3 gün sonra onun 4 milyondan çox surəti satılıb.

  1. "Вышла Windows 8". Lenta.ru. 26 октября 2012. 2012-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-26.

Previous Page Next Page






Windows 8 AF Windows 8 ANG ويندوز 8 Arabic Windows 8 AST Windows 8 Bulgarian উইন্ডোজ ৮ Bengali/Bangla Windows 8 BS Windows 8 Catalan ویندۆز ٨ CKB Windows 8 Czech

Responsive image

Responsive image