Ziqmund Freyd | |
---|---|
alm. Sigmund Freud | |
Doğum adı | Sigismund Schlomo Freud |
Doğum tarixi | 6 may 1856[2][3][…] |
Vəfat tarixi | 23 sentyabr 1939[4][5][…] (83 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qırtlaq xərçəngi[d] |
Dəfn yeri |
|
Həyat yoldaşı | Martha Bernays (m. 1886) |
Uşaqları | |
Atası | Yakob Freyd |
Anası | Amaliya Nathanson |
Elm sahələri | psixoanaliz[1], nevrologiya[1] |
Elmi dərəcəsi | |
Elmi adı |
|
İş yeri | |
Təhsili | |
Tanınmış yetirmələri | Alfred Adler |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Ziqmund Freyd (Almanca tələffüz: [ˈziːɡmʊnt ˈfʁɔʏt]), doğma adı ilə Sigismund Şlomo Freyd (6 may 1856[2][3][…] – 23 sentyabr 1939[4][5][…], London, Birləşmiş Krallıq[7][8]) — psixoanaliz elminin banisi olan avstriyalı nevroloq.
Miliyyətcə yəhudidir. Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient (yaxud "analisand") və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır.
Freyd psixoanaliz nəzəriyyəsini yaradarkən uşaqlıq proseslərini özündə ehtiva edən Edip kompleksi anlayışını psixoanalizin mərkəzinə qoydu.[9] Yuxuları istək doyumu yeri kimi qəbul edərək, yuxuları araşdıraraq xəstələrinin simptomlarının formalaşması və basdırılmış emosiyaları haqqında tapıntılar əldə etmişdir. Bunu əsas götürdüyü şüursuzluq nəzəriyyəsində id, eqo və supereqonu özündə birləşdirən psixi quruluş modelini irəli sürdü.[10] Bundan əlavə, Freyd libidonun, zehni proseslərə təsir edən və erotik bağlar quran seksual impulsiv enerjisini təyin etdi. O, kompulsiv təkrarlama, nifrət, aqressiya və nevrotik günahın mənbəyi kimi təqdim etdiyi başqa bir anlayış olan ölüm instinktini izah etmişdir.[11] Yaradıcılığının sonrakı illərindəki əsərlərində din və mədəniyyətlə bağlı geniş şərhlər və tənqidlər dərc etmişdir.
Diaqnostik və klinik təcrübələrə müraciəti azalmış psixoanaliz; psixologiya, psixiatriya və psixoterapiyada və ümumiyyətlə humanitar elmlərdə öz təsirini davam etdirir. Davamlı təsiri sayəsində müalicədəki funksiyası, elmi mövqeyi, feminizmə töhfə və ya zərər verməsi kimi mövzularda geniş və səs-küylü müzakirələrə səbəb olur.[12] Bununla belə, Freydin yaradıcılığı müasir Qərb fəlsəfəsinə və populyar mədəniyyətinə təsir göstərmişdir. 1940-cı ildə yazdığı elegiyasında W. H. Auden Freydin "müxtəlif həyatlara təsir edən bütöv bir düşüncə mühiti" yaratdığını bildirdi.[13]