Adaptasiya (biologiya)

Adaptasiya — orqanizmlərin (fərd, populyasiya, növ) quruluş və funksiyalarının, eləcə də onların orqanlarının mühit şəraitinə uyğunlaşmasıdır. Bir çox nəsillərin ömrü boyu dəyişilən yeni mühit şəraitinə uyğunlaşmasıdır. (məs. soyuğun təsiri ilə heyvanlarda tük, yaxud yunun uzanması).[1]

Mühitin dəyişilməsi ilə əlaqədar yeni keyfiyyət dəyişikliyi kimi meydana çıxan adaptasiya ali bitki və heyvan orqanizmləri arasında geniş yayılmışdır. Adaptasiyaya aid bir sıra misallar göstərmək olar.

Gözün həssaslığının işıqlanma şəraitinə uyğunlaşması adaptasiyaya aid nümunələrdən biridir. Parlaq işıqdan qaranlığa keçdikdə gözün həssaslığı artır (qaranlıq adaptasiyası), qaranlıqdan işığa keçidi zamanı həssaslıq azalır (işıq adaptasiyası). İşıqlanmanın rəngi dəyişəndə gözün spektral həssaslığı da dəyişir. Bu fiziki yanaşmadır. Ümumi halda adaptasiya orqanizmlərin (fərd, populyasiya, növ) quruluş və funksiyalarının, eləcə də onların orqanlarının mühit şəraitinə uyğunlaşmasıdır.

Bioloji adaptasiya bir çox nəsillərin ömrü boyu dəyişilən mühit şəraitinə uyğunlaşmasıdır (soyuğun təsiri ilə heyvanlarda tük, yaxud yunun uzanması, bitkilərdə fototropizm və s.).

Fizioloji adaptasiya mühit şəraitinin nisbətən qısamüddətli dəyişikliklərinə orqanizmlərin sürətlə uyğunlaşmasıdır (dəyişilən işıq şəraitində gözün əşyanı aydın seçməsi, orqanizmlərin ancaq atmosfer təzyiqi şəraitinə uyğunlaşması və s.).

Bütün duyğu orqanları adaptasiya qabiliyyətinə malikdir. Hər bir adaptasiya eyni zamanda, biogeosenozlarda davam edən uyğunlaşma prosesi-adaptasiogenezin konkret tarixi mərhələsi, başqa sözlə, nəticəsi deməkdir. Ç.Darvin müəyyən etmişdir ki, canlı formaların (ilk növbədə növlərin) təkamülü onların mühitə uyğunlaşmalarının təkamülü ilə əlaqədardır. O vaxtdan başlayaraq biologiyada adaptasiya orqanizmlərə qabaqcadan, birdəfəlik verilmiş xüsusiyyət kimi yox, üzvi aləmin üç əsas amili: dəyişkənlik, irsiyyəttəbii seçmənin təsiri nəticəsində daim əmələ gəlib inkişafda olan bir proses kimi baxılmağa başlanmışdır.

Yaşayış şəraitinin dəyişilməsinə cavab olaraq orqanizmin qeyri-irsi adaptiv reaksiyaları da (modifikasiyalar) təkamül-tarixi aspektdə adaptasiya anlayışına qovuşur. Quruluş formalarının adaptivliyi hər bir orqanizmin sağ qalmasını təmin edir, onun çoxalma əmsalını artırır, ölmə əmsalını azaldır.

Bitki və heyvan orqanizmlərinin morfofizioloji quruluşu və uyğunlaşma reaksiyalarının, onların yarandığı mühitin tipik, başlıca şəraitinə dinamik sürətdə uyğunlaşması adaptasiyanın daha aydın təzahürüdür. Hər bir orqanın, eləcə də orqanizm daxilindəki orqanların forma və funksiyaları həmişə bir-birinə uyğun gəlir.

Mühitin dəyişilməsi ilə əlaqədar yeni keyfiyyət dəyişikliyi kimi meydana çıxan adaptasiya bitki və heyvan orqanizmləri arasında geniş yayılmışdır. Bitkilərin kök sistemləri, gövdələri, yarpaqları və xüsusilə çoxalma orqanlarının quruluş və formalarında adaptasiya daha aydın nəzərə çarpır.

Adaptasiyanın tarixi təkamül mənbəyi son dərəcə müxtəlif mutasiyalardır (irsi və ya genetik dəyişkənliklər). Mutasiyalar və onların seçmə nəticəsində toplanması adaptasiyanın mənbəyi olur. Beləliklə, seçmə orqanizmlərin adaptiv quruluşunun başlıca, yaradıcı amilinə çevrilir.

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.

Adaptasiya (biologiya)

Dodaje.pl - Ogłoszenia lokalne