Alfred Nobel | |
---|---|
isv. Alfred Nobel | |
Doğum adı | Alfred Bernhard Nobel |
Doğum tarixi | 21 oktyabr 1833[1][2][…] |
Vəfat tarixi | 10 dekabr 1896[3][4][…] (63 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin qansızması[d] |
Dəfn yeri | |
Atası | Emmanuel Nobel[2] |
Elm sahələri | kimyaçı, mühəndis[d], ixtiraçı |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Nobel Alfred Bernxard (isv. Alfred Bernhard Nobel; 21 oktyabr 1833[1][2][…] – 10 dekabr 1896[3][4][…], San-Remo, İtaliya[1][5]) — İsveç mühəndis kimyaçısı. Dinamiti kəşf etmiş, tüstüsüz barıtın tərkibini tapmışdır. Təbiətcə sülhpərvər və ixtiraçı olan isveçli kimyaçı Alfred Nobel dinamiti ixtira etmişdir. Lakin bütün müharibələrə son verəcəyini düşündüyü bu ixtira başqaları tərəfindən son dərəcə ölümcül məhsul kimi görüldü. 1888-ci ildə Alfredin qardaşı Lüdviq vəfat etdiyi zaman, bir fransız qəzeti səhvən Alfredi ölüm taciri adlandıran nekroloq yayımlamışdı. Belə dəhşətli epitafiya ilə tarixdə qalmaq istəməyən Nobel qohumlarını təccübləndirən və məşhur Nobel mükafatlarını təsis edən vəsiyyət qoymuşdur.