Amelius | |
---|---|
Doğum tarixi | 200[1] |
Doğum yeri | |
Vəfat tarixi | III əsr |
Fəaliyyəti | filosof, yazıçı |
Amelius (yun. Ἀμέλιος, lat. Amelius; III yüzillik) — yeni-platonçuluğun Roma məktəbinin filosofu. O, Plotinin öyrəncisi idi və bir çox zamanımıza çatmayan kitabların müəllifi olmuşdur. Amelius Plotinin irəli sürdüyü bəzi anlayışları üçlükdə təsəvvür edirdi. Belə ki, Amelius Demiurqos (ikinci yaradıcı) kimi təsəvvür edilən Əqli üçlükdə görürdü. Üçlüyün birinci üzvü (hipostasisi) Əqlin özüdür. İkinci hipostasis birincini, üçüncü isə ikincini dərk edir. Bunlar da Platonun "Timeus"unda söhbət açılan üç krallardır (demiurqoslardır): Fanet (varlığın əsası), Uran (hər şeyin sahibi) və Kronos (hər şeyi görən tanrı).