Araukanlar | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | araukan dili, ispan dili |
Dini | katolisizm, ənənəvi inanclar |
Vikianbarda əlaqəli mediafayllar |
Araukanlar və ya Mapuçe (özlərini hərfi mənası "torpağın adamları" olan mapuche adlandırırlar) — Çilidə və Argentinada yaşayan hindu xalqı.
Müxtəlif hesablamalara görə sayları 1,5 milyon (1,3 milyon Çilidə və 200 min Argentinada) nəfərdir.
Təcrid olunmuş araukan dilində danışırlar, çoxu ispan dilini bilir.
Araukanların böyük əksəriyyəti katolikdir, XX əsrin 90-cı illərindən başlayaraq ənənəvi kultlarını yenidən bərpa etməyə başlamışlar.