Arxiyepiskop — xristian kilsəsində rütbə. Bəzi yerli kilsələrdə mitropolitdən yüksək, rus pravoslav kilsəsində mitropolitdən aşağı rütbə. Arxiyepiskop əsasən yepiskopdan daha yüksək rütbədir və yepiskopları idarə edir. Arxiyepiskop diosez adlanan böyük inzibati vahidləri idarə edir. Orta əsrlərdə Avropada arxiyepiskoplar iri feodallara çevrilirdi və vassal-süzeren münasibətlərinə cəlb olunurdu. [1]
Dini ədəbiyyatda ilk dəfə 4 əsrin ortalarında işlədilmişdir. Patriarxlıqlar yarandıqdan sonra patriarx rütbəsi olmayan avtokefal kilsə başçıları Arxiyepiskop adlanmışlar. 21-ci əsrdə Konstantinopol, gürcü, serb və rumın kilsələrinin başçıları patriarx titulu ilə yanaşı həm də Arxiyepiskop tituluna malikdirlər. Roma-katolik kilsəsində Arxiyepiskop titulu mahiyyətcə qədim dövrün mitropolit titulu ilə eyniləşmişdir. Anqlikan kilsəsində primas və İngiltərənin 2-ci kilsə əyalətinin başçısı da Arxiyepiskop titulu daşıyır.