Bethesda Game Softworks | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Filial |
Sənaye | Videooyun sənayesi |
Məhsulu | Videooyunlar |
Təsis tarixi | 1986[1] ) |
Baş qərargahın yeri | |
Struktur | |
Ana şirkət |
"Media Technology Limited" (1986–1999) "ZeniMax Media" (1999–present) |
Tərəfdaşlar | Bethesda Game Studios |
Rəhbərlik | |
Təsisçi | Kristofer Uiver |
Baş icraçı direktor | Todd Hovard |
bgs.bethsoft.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bethesda Softworks LLC — Merilend ştatının Rokvil şəhərində yerləşən ABŞ videooyun nəşrçisi. Şirkət Kristofer Uiver tərəfindən 1986-cı ildə "Media Technology Limited"in bir diviziyası olaraq təsis edilmişdir. 1999-cu ildə şirkət "ZeniMax Media"nın bir filialı olmuşdur. Şirkət ilk 15 ilində videooyun yaradıcısı idi və oyunlarını özü nəşr edirdi. 2001-ci ildə şirkət "Bethesda Game Studios" adlı bir filial yaratmışdır. Studiya yalnız videooyunları hazırlayırdı. Bununla birlikdə şirkət yalnız nəşrçi olmuşdur. Şirkət "ZeniMax Online Studios", "id Software", "Arkane Studios", "MachineGames", "Tango Gameworks" və "BattleCry Studios" şirkətlərinin oyunlarını da nəşr edir.