Şəhər | |
Buxara | |
---|---|
özb. Buxoro | |
39°46′29″ şm. e. 64°25′43″ ş. u.HGYO | |
Ölkə | Özbəkistan |
Vilayət | Buxara vilayəti |
Hakim | Kərim Camaloviç Kamalov |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | E.ə. VI əsr |
İlk məlumat | 500 |
Sahəsi | 73 km² |
Mərkəzin hündürlüyü | 225 m |
İqlimi | Kəskin kontinental |
Saat qurşağı | UTC+5 |
Əhalisi | |
Əhalisi | 272 000 nəfər (2017) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 8 365 |
Poçt indeksi | 2001XX |
Nəqliyyat kodu | 80-84 |
Digər | |
Rəsmi adı | Historic Centre of Bukhara |
Tipi | Mədəni |
Kriteriya | ii, iv, vi |
Tarixi | 1993 |
İstinad nöm. | 602 |
Ölkə | Özbəkistan |
Region | Asiya |
bukhara.gov.uz (özb.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Buxara (özb. Buxoro) — Özbəkistanın qədim şəhəri. Tarixi yerlərlə zəngin olan Buxara şəhərində təqribən 140 memarlıq abidəsi var.[1] 31 avqust 2016-cı il tarixinə olan məlumata əsasən şəhər əhalisi 247,644 nəfər təşkil edir ki, bu da onu əhalisinin sayına görə Özbəkistanın beşinci ən böyük şəhəri edir.[2] Əhalinin əksəriyyətinin ana dili Özbək dilidir.[3] Böyük ipək yolu üzərində yerləşən bu şəhər uzun müddət ticarət, elm, mədəniyyət və din mərkəzi kimi fəaliyyət göstərmişdir. UNESCO təşkilatı Buxaranın tarixi mərkəzini (bir çox məscid və mədrəsələrdən ibarətdir) Ümumdünya irsi siyahısına daxil etmişdir.[4]