Cilovluq soyqırımı | |
---|---|
| |
Ümumi məlumatlar | |
Yeri | Urmiya, Xoy, Salmas |
Tarix |
|
Hücum metodu | Soyuq və odlu silahlarla kütləvi hücum |
Cilovluq, Cilovluq faciəsi və ya Cilovluq soyqırımı — 1918-ci ilin mart ayınd minlərlə Azərbaycan türklərinin, xüsusilə Urmiya, Xoy və Salmas şəhərlərində yaşayanların ermənilər və cilovlar/cilolar (aysorlar) tərəfindən qırğınlara məruz qaldıqları hadisə nəzərdə tutulur.
Bu qırğınlar zamanı 200–500 min şiə-müsəlman azərbaycanlının qətlə yetirildiyi iddia edilməkdədir.[1] Bu say o zaman Cənubi Azərbaycanda yaşayanları təxminən 15 faizini təşkil etməkdə idi.
Cilov sözü Cilo sözündən gəlməkdədir. Cilo Van gölünün cənubunda, müasir Türkiyənin Hakkari vilayəti ərazisində yerləşmiş bir inzibati vahiddir.[2] Burada əsasən aysorlar, bir qədər də kürd məskunlaşmışdı. Birinci Dünya müharibəsinin başlamasından sonra aysorlar Rusiya imperiyası ilə ittifaqa girdilər və buna görə də Osmanlı imperiyası tərəfindən bu bölgədən sürgün edildilər. Bundan sonra aysorların əsas hissəsi İrana, əsasən də İran Azərbaycanına qaçdı. Onları təqib edən Osmanlı imperiyası və onunla ittifaqda olan kürd tayfaları İran Azərbaycanının qərbinə daxil oldular.[3]
Bu hadisələr zamanı aysorlar ermənilər ilə ittifaq formalaşdırılaraq, Rusiya, İngiltərə və Fransadan dəstək alaraq İran Azərbaycanın qərbində yaşayan əsasən Azərbaycan türklərinə qarşı qırğınlar təşkil etdilər.