Covanni Centile

Covanni Centile
it. Giovanni Gentile
Doğum tarixi 29 may 1875(1875-05-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 aprel 1944(1944-04-15)[3][4][…] (68 yaşında)
Dəfn yeri
Dövr İtaliya faşizmi
İstiqaməti Hegelçilik
Əsas maraqları fəlsəfə[5]
Təsirlənib Georq Vilhelm Fridrix Hegel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Covanni Centile (it. Giovanni Gentile; 29 may 1875[1][2][…], Kastelvetrano[d][1][2][…]15 aprel 1944[3][4][…]) — italyan filosofu, siyasətçi. Roma Universitetinin professoru, Mussolini hökumətində Maarif naziri.

Centile Hegelin təlimini yenidən nəzərdən keçirmiş və yeni hegelçiliyin subyektiv idealist çalarlarından biri olan "aktualizm" sistemini yaratmışdır. Centileyə görə, bütün mövcudat həmişə aktual, fəal olan, düşünən fikrin, hərəkətin nəticəsidir. Düşünən fikrin yaradıcılığı isə məkan və zaman şəraiti ilə məhdudlaşdırılmışdır. Onun doğurduğu materiya ölüdür, ətalətlidir, lakin fikirlə vəhdət halındadır. Solipsizmdən uzaqlaşmaq üçün Centile universal "mən" anlayışını işə salır. Reallıq fərdi şüur ideyaları ilə eyniyyət təşkil etməyib, kainatda təşəkkül tapma prosesində bütün əkslikləri aradan qaldıran fövqəlşəxsi transsendental başlanğıcın xalis təfəkkürüdür. Sosioloji-siyasi baxışlarında Centile liberalizmdən fatalizmədək təkamül etmişdir. Centile fəlsəfəsinin subyektivizmi və volyuntarizmi italyan faşizminin ideoloji əsaslarından olmuşdur.

  1. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  2. 1 2 3 4 Giovanni Gentile // www.accademiadellescienze.it (it.).
  3. 1 2 Giovanni Gentile // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 Giovanni Gentile // Internet Philosophy Ontology project (ing.).
  5. https://www.accademiadellescienze.it/attivita/premi-e-borse/premi-del-passato/premio-gautieri.

Covanni Centile

Dodaje.pl - Ogłoszenia lokalne