Elektrik tutumu

Elektrik tutumu — naqilin elektrik yükü toplamaq xassəsi.

Elektrik tutumu naqilin yükünün onun potensialına olan nisbətinə deyilir. Elektrik yükü və elektrik sahəsi enerjisi toplamaq üçün işlədilən qurğu kondensator adlanır. Kondensator nazik dielektrik qatı ilə bir-birindən ayrılmış iki paralel, metal lövhədən ibarətdir. Köynəklərdən birinə +q, digərinə -q yükü versək onlar arasında U gərginliyi yaranar. İkinci lövhəni yerlə birləşdirmək də olar. Kondensatorun yükü dedikdə, bir köynəkdəki yükün modulu nəzərdə tutulur. Kondensatorun elektrik tutumu onun yükünün köynəkləri arasındakı gərginliyə olan nisbətinə deyilir.

Düstur: C=q/U

Kondensatorların formasına görə müstəvi, silindrik və s. növləri var. Kondensatorlarin quruluşuna görə də növləri var: müstəvi hava kondensator, kağız aralıqlı kondensator, keramik aralıqlı kondensator, elektrolitik kondensator və s. Kondensatorların elektrik tutumu onun həndəsi ölçülərindən və köynəkləri arasındakı materialın dielektrik nüfuzluğundan asılıdır: C=દદoS/d Burada દ – dielektrik nüfuzluğu, દo – elektrik sabiti, S – köynəyin sahəsi, d – lövhələr arasındakı məsafədir.

Beynəlxalq vahidlər sistemində tutum faradla ölçülür: 1F=Kl/V

Bircins naqilin elektrik tutumu naqildəki yükün miqdarının ondakı gərginliyinə nisbətinə bərabərdir: Burada — yük, — naqildəki gərginlikdir.


Elektrik tutumu

Dodaje.pl - Ogłoszenia lokalne