Federasiya

Federal dövlətlər

Federasiya (lat. federatio, hәrfәn - birlik, ittifaq) — tәrkib hissәlәri nisbәtәn müstәqil dövlәti qurumlar (ştatlar, federal әrazilәr, kantonlar vә s.) olan dövlәt. Konfederasiyadan (dövlәtlәr ittifaqı) vә unitar dövlәtdәn fәrqli olaraq Federasiya ittifaq dövlәti adlandırılır. Müasir dünyada Federasiyalar nisbәtәn azdır, lakin onların arasında dünya birliyindә mühüm rol oynayan Rusiya, Almaniya, ABŞ, Kanada, Braziliya, Hindistan kimi dövlәtlәr var. Federasiyaların çoxunda federativ quruluşun әsasında yalnız әrazi amili dayanır vә dövlәt hәr hansı etnik, milli problemlәri hәll etmir. Lakin milli әrazi prinsipinә әsaslanan Federasiyalar da var. Bir çox Federasiya müqavilә (mәs., 1922-ci ildә SSRİ), digәrlәri konstitusiya (mәs., RSFSR) әsasında yaradılmışdır. Bәzi Federasiyalarda asimmetrikliyә rast gәlinsә dә (bax Asimmetrik federasiya), bununla belә federativ quruluşun әn mühüm prinsiplәrindәn biri Federasiya subyektlәrinin bәrabәrhüquqlu olmasıdır.

Federal dövlətlərin siyahısı:


Federasiya

Dodaje.pl - Ogłoszenia lokalne