Firuiddin (ərəb. فروع الدين) — İslam dininin əməl edilməsi vacib olan şərtləri. Firuiddinə aid olan məsələlər çoxdur. Lakin bunlardan 10-u çox mühüm olduğundan daha çox tanınıblar:[mənbə göstərin]
- Namaz — Gün ərzində müəyyən şərtlər və müəyyən vaxtlarda Allaha ibadət etmək.[1]
- Oruc — Hər il Ramazan ayının əvvəlindən sonunadək sübh azanından axşam azanınadək oruc olmaq.
- Zəkat — Müəyyən şərtlərdə malın müəyyən hissəsini yoxsullara vermək, xeyir işlərdə xərcləmək və s.[1]
- Xüms — İl ərzində insanın gəlirinin,qazancının beşdə birini ayırıb müəyyən olunmuş yerlərdə xərcləmək və s.
- Həcc — Müəyyən şərtlərlə ömründə bir dəfə Məkkəyə Kəbə evinin ziyarəti də daxil olmaqla xüsusi proqramla ziyarətə getmək.
- Cihad — Allah yolunda kafirlər, zalımlar və təcavüzkarlarla mübarizəyə qalxmaq.Mənəvi yəni nəfsinlə mübarizə.
- Əmr be məruf (yaxşılıqlara dəvət) — Xalqı yaxşı işlərə və bəyənilmiş rəftarlara dəvət etmək.[1]
- Nəhy əz-munkər (pisliklərdən çəkindirmək) — Xalqı pis işlərdən çəkindirmək.[1]
- Təvəlla — Allah dostlarını sevib, onlarla dostluq etmək.
- Təbərra — Allah düşmənləri ilə əlaqəni kəsib onlarla düşmən olmaq.
- ↑ 1 2 3 4 O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir).