Fotoqrafiya

Böyük formatlı fotokamera obyektivi

Fotoqrafiya (fr. photographie q.yun. φως / φωτος — "işıq" və γραφω "yazıram" sözlərindəndir) — işığın köməyi ilə şəkil çəkmək texnikasıdır. Fotokameranın köməyi ilə statik təsvirin işığahəssas materialda (fotolent və ya fotoqrafik matrisa (sensor)) əldə edilməsi və ya yadda saxlanılmasıdır.

Fotoqrafiya, fotoşəkil və ya sadəcə şəkil insan tərəfindən baxıla (bu halda aşkarlanan fotolentin kadrı, elektron və ya çap halında olan təsvir hesab edilir) bilən fotoqrafik prosesslərin köməyi ilə əldə edilən yekun təsvirdir.

Daha geniş mənada fotoqrafiya — fotoşəklin əldə edilməsi yaradıcılığıdır.

Bədii proses kompozisiyanın axtarılması və seçilməsi, işıqlanmanın, çəkiliş anının seçilməsiylə sonlanır. Bütün incəsənət növlərinə xarakterik olan kimi fotoqrafın da bu seçimi bacarığı, şəxsi üstünlüklərindən, zövqü ilə təyin edilir.

Həssas materialın işləmə prinsipindən asılı olaraq fotoqrafiya üç böyük altbölümə bölünür:

  • Kimyəvi fotoqrafiya — fotoprosesslərin baş verdiyi fotomateriallara əsaslanır.
  • Rəqəmsal fotoqrafiya — təsvirin əldə edilməsi prosesi kimyəvi reaksiyalar nəticəsində deyil, matrisada yüklərin yerdəyişməsi nəticəsində baş verir.
  • Elektroqrafiya — kimyəvi proseslərin baş vermədiyi, ancaq təsvirin əldə edilməsi üçün hissələrin köçürülməsi başa düşülür.

Eynilə digər terminlərdən də istifadə olunur.

  • Halogengümüşü fotoqrafiya
  • Gümüşsüz fotoqrafiya
  • Analoq fotoqrafiya
  • Analoq çap, optik çap

Fotoqrafik prinsiplərə əsaslanan hərəkətli təsvirlərin alınmasına kinematoqrafiya deyilir. Fotoqrafiya optika, mexanikakimya sahələrində əldə edilən elmi nəticələrin sayəsində yaranmışdır. Müasir rəqəmsal fotqrafiya isə əsasən elektron və informasiya texnologiyalarının sayəsində inkişaf edir.


Fotoqrafiya

Dodaje.pl - Ogłoszenia lokalne