Kabare

Kabare — hər cür aktual mövzuya istehzalı, iynəli, satirik münasibətlə yanaşan, sosial tənqidə üz tutan teatr növü.[1] Xüsusilə siyasi və sosial mövzulara diqqət yetirən kabaredə melodiyalar, rəqslər, eskizlər, monoloqlar, dialoqlar və hətta açıq şoular və qısametrajlı filmlər də yer alır. Kabare yumoristik və əyləncəli olsa da, əsasən ciddi teatr janrlarından biri hesab olunur. Kabare sözü fransızca meyxana mənasını verən cabaret sözündən götürülmüşdür.

  1. Latham, Alison. The Oxford Companion to Music. New York: Oxford University Press. 2002. 189. ISBN 9780198662129.

Kabare

Dodaje.pl - Ogłoszenia lokalne