Keniya | |||||
---|---|---|---|---|---|
suah. Jamhuri ya Kenya | |||||
| |||||
"Harambee" (Suahilicə) "Həmişə birlikdə çalışaq" |
|||||
Himn: Ee Mungu Nguvu Yetu "Bütün yaradılışın Tanrısı" |
|||||
Tarixi | |||||
• Hökmranlıq (dominion) | 12 dekabr 1963 | ||||
• Respublika | 12 dekabr 1964 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Nayrobi | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | William Ruto | ||||
Sədr Müavini | Rigathi Gachahgua | ||||
Sahəsi | Dünyada 48-ci | ||||
• Ümumi | 580,367 km² km² | ||||
• Su sahəsi (%) | 2.3 | ||||
Əhalisi | |||||
• Əhali | 55,864,655 nəfər | ||||
• Siyahıyaalma (2019) | 47,564,296 nəf. | ||||
• Sıxlıq | 78 nəf./km² (140-cı) | ||||
• Ümumi | 109.703.659.313 $[3], 113.420.008.179 $[3] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $333.1 milyard dollar (61-ci) | ||||
• Adambaşına | ▲ $6,122 dollar (140-cı) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2022) | ▲ $114.8 milyard dollar (64-cü) | ||||
• Adambaşına | ▲ $2,255 dollar (146-cı) | ||||
İİİ (2021) | 0.575 (artım; 152-ci) | ||||
Valyuta | Keniya şillinqi | ||||
İnternet domeni | .ke | ||||
ISO kodu | KE | ||||
BOK kodu | KEN | ||||
Telefon kodu | +254 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][4] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Keniya (suah. Kenya; ing. Kenya) və ya rəsmi adı ilə Keniya Respublikası (suah. Jamhuri ya Kenya, ing. Republic of Kenya) — Şərqi Afrikada dövlət. Keniya şərqdən Somali, şimaldan Efiopiya, şimal-qərbdən Cənubi Sudan, qərbdən Uqanda, cənubdan Tanzaniya ilə həmsərhəddir. Cənub-şərqdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Nayrobi, ümumi sahəsi 580,367 kvadrat kilometr, əhalisinin sayı 47 milyon nəfərdən çoxdur. Keniya 12 dekabr 1963-cü ildə Birləşmiş Krallıqdan müstəqillik əldə etmişdir.
Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya 154-cü yeri tutur.