Kuenka | |
---|---|
isp. Cuenca | |
2°53′50″ c. e. 79°00′16″ q. u.HGYO | |
Ölkə | Ekvador |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1557 |
Sahəsi | 67,71 km² |
Mərkəzin hündürlüyü | 2560 m |
Saat qurşağı | UTC−5 |
Əhalisi | |
Əhalisi | 329.928[1] nəfər (2010) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 593 7 |
Poçt indeksi | EC010150 |
Digər | |
cuenca.gob.ec | |
Vikianbarda əlaqəli mediafayllar |
Kuenka (isp. Cuenca / Santa Ana de los cuatro Ríos de Cuenca) — böyüklüyünə görə Ekvadorun üçüncü şəhəri, Asuay əyalətinin inzibati mərkəzi. Şəhər Ekvador andlarında ("Syerra" kimi tanınan), dəniz səviyyəsindən 2 560 metr yüksəklikdə yerləşir. Şəhər 1557-ci ildə Xil Ramires Davalos tərəfindən qədim şəhər olan Tomebambanın yerində Santa Ana de los cuatro rios de Cuenca adı ilə salınmışdır. Şəhərin mərkəzində UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş və müstəmləkəçilik dövrünə aid çox sayda tarixi tikili mövcuddur.
1974-cü ildə cəmi 105 000 əhalisi olan şəhərdə 2010-cu ilin hesablamalarına görə 329 928 sakin yaşayır. Ümumilikdə aqlomerasiyanın müasir əhalisi isə təxminən 700 000 nəfərdir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye, xüsusilə toxuculuq və yeyinti sənayesi təşkil edir, ixracat üçün kustar üsulla şlyapa istehsal olunur. Bundan başqa şəhərdə 8 universitet fəaliyyət göstərir. Onlardan ən qədimi olan Kuenka Universitetində təxminən 12 000 tələbə təhsil alır. 25 may 2020-ci ildə şəhərdə tramvay xətti açılmışdır.[2]