Lava

Lava (it. lava – doldurur) (rus. лава, ing. lava) — vulkan püskürməsi zamanı yer səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən ibarət qızğın maye və ya çox qatı kütlə. Lava soyuyarkən tərkibinə uyğun müxtəlif effuziv süxurlar əmələ gətirir. Güclü püskürmələr zamanı lava bütün səthi dolduraraq lava örtükləri əmələ gətirir. Bu halda adətən dağ düzənlikləri – lava platoları yaranır.[1] Sıxışdırılan közərmiş maye və ya qatı kütlə. Soyumuş l. axmış (effuziv) və ya sıxışdırılmış (ekstruziv) süxurlar əmələ gətirir. Kimyəvi tərkibindən və qazın miqdarından asılı olaraq ərimə temperaturu 700–12000 c arasında dəyişilir. Tərkibinə görə bazalt və turş l. ayrılır.

  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.

Lava

Dodaje.pl - Ogłoszenia lokalne