Loki | |
---|---|
ing. Loki | |
| |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi |
Tarixi: Venus #6 (avqust 1949) Müasir: Journey into Mystery #85 (oktyabr 1962) |
Yaradıcı(lar) |
Sten Li Larri Liber Cek Körbi |
Xüsusiyyətlər | |
Əsl adı | Loki Lafeyson |
Doğum yeri | Yotunhaym |
Cinsiyyəti | kişi |
Boyu | 193 sm |
Çəkisi | 238 kq |
Göz rəngi | yaşıl |
Saç rəngi | qara |
Növü | Yotun (Buz nəhəngi) |
Komiks bioqrafiyası | |
Kainat | Earth-616 |
Üzvlükləri |
İntiqam hərəkatı[ing.] Heyranedici Qisasçılar[ing.] İntriqaçılar[ing.] Gənc Qisasçılar[ing.] |
Yaxınları | Odin (ögey atası), Tor (ögey qardaşı) |
Düşmənləri | Tor, Dəmir adam, Şahingöz, Qisasçılar |
Ləqəbləri | Loki Odinson, Sekkure, İkol |
Gücləri | manipulyasiya və hiylə ustası, uzunömürlülük, supergüc, superdayanıqlılıq, telepatiya, uçmaq, ölçülərarası teleportasiya, illüziya, görünüşünü dəyişmək, hipnoz, yuxugörən |
Loki – Marvel Comics nəşriyyatı tərəfindən 1962-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li, Larri Liber və Cek Körbidir. Personajın ilkin versiyası 1949-cu ildə "Venus" komiksində görünmüşdür. Müasir versiyası isə 1962-ci ildə "Journey into Mystery" komiksinin 85-ci sayında peyda olmuşdur. Loki ögey qardaşı və superqəhrəman olan Torun əsas düşmənlərindən biridir. Personaj Skandinaviya mifologiyasında eyniadlı personaj əsasında yaradılmışdır və antiqəhrəman kimi təsvir olunur.
Loki IGN tərəfindən "Bütün dövrlərin ən böyük supercinayətkarları" siyahısında 2009-cu 8-ci yerdə,[1] 2014-cü ildə 4-cü yerdə göstərilmişdir.[2]
Loki personajı Marvel Kinematoqrafiya Kainatında Tom Hiddlston tərəfindən canlandırılmışdır: "Tor" (2011), "Qisasçılar" (2012), "Tor 2: Zülmət aləmi" (2013), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və başlıqsız Qisasçılar filmi.