Mark Tven | |
---|---|
ing. Mark Twain | |
Doğum adı | Samuel Langhorne Clemens |
Təxəllüsü | Mark Twain, Sieur Louis de Conte, Thomas Jefferson Snodgrass |
Doğum tarixi | 30 noyabr 1835[1][2][…] |
Vəfat tarixi | 21 aprel 1910[1][2][…] (74 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Fəaliyyəti | jurnalist, romançı, avtobioqraf[d], müəllim, yumor ustası, uşaq ədəbiyyatı yazıçısı, yazıçı-səyyah[d], aforizmlər müəllifi, fantastika yazıçısı[d], yazıçı, nasir, publisist |
Fəaliyyət illəri | 1864–1910 |
Əsərlərinin dili | ingilis dili, alman dili |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mark Tven (ing. Mark Twain, əsl adı Semuel Lenqhorn Klemens ing. Samuel Langhorne Clemens; 30 noyabr 1835[1][2][…] – 21 aprel 1910[1][2][…]) — Amerika yazıçısı, jurnalisti və ictimai xadimi. Oxuculara daha çox "Heklberri Finnin sərgüzəştləri" (Adventures of Huckleberry Finn) və "Tom Soyerin macəraları" (The Adventures of Tom Sawyer) adlı romanları ilə tanışdır. Mark Tven bir çox məşhur aforizmlərin müəllifi kimi də tanınır. Klemens dövrünün ən məşhur adamları-prezidentlər, dünya şöhrətli incəsənət xadimləri, sənayeçilər və Avropa kral ailələri ilə dostluq münasibətlərində olmuşdur. Tanınmış amerika yazıçıları Vilyam Folkner Tveni Amerika ədəbiyyatının "atası", Ernest Heminquey isə müasir Amerika ədəbiyyatının Tvenin sadəcə bir əsərindən – "Heklberri Finnin sərgüzəştləri" romanından "törədiyini" bildirmişdir.